Çinin ən çox satılan elektrik avtomobili artıq Azərbaycanda! - QİYMƏTLƏR
(®) WULING markasının ölkəmizdə rəsmi idxalçısı ASIA Motors şirkətidir. MG (Morris Garages) və Haima markalarının rəsmi distribyutoru olan ASIA Motors artıq Wuling Mini EV elektrik avtomobillərinin satışına da başlayıb.
Bu barədə Marja-ya ASIA Motors şirkətinin direktoru Elmir Xəlilov məlumat verib.
O, qeyd edib ki, WULING Mini EV SAIC Motorla Amerika nəhəngi General Motorsun (SGMW) iş birliyi ilə istehsal edilir.
WULING markası, 1982-ci ildən etibarən avtomobil istehsalı ilə məşğuldur. Hazırda Çinin ən böyük avtomobil istehsalçısı olan SAIC MOTOR şirkətinə aiddir və 2001 ci ildən SAIC WULING Automobile Co. LTD olaraq fəaliyət göstərir.
2020 ci ildə şirkət tam elektrikli WULING Mini EV modelini istehsal edir və ən qısa zamanda, 2021 ci ilin sonlarınadək 500.000 ədəd satışı keçir. Bununla bu model öz seqmentinin lideri olur və rəqiblərini qısa zamanda geridə qoyaraq Çinin bestselleri olub ən böyük bazar payı əldə edir.
Elmir Xəlilov bildirib ki, modelin bir neçə versiyası mövcuddur. Belə ki, Wuling Mini EV LV1 və LV2 versiyalarında olaraq 120 km və 170 km batareya həcmi olan növləri də mövcuddur. LV2 versiyası öz özlüyündə bir neçə modeli də özündə birləşdirir. Bunlar Wuling Mini EV Macaron, Wuling Mini EV GameBoy və Wuling Mini EV Cabrio modelləridir. Uzunluğu 3 m-dən bir qədər az olan yığcam üçqapılı hetçbek Wuling Mini EV 27 at gücünə (20 kW) malik elektrik mühərriki ilə təchiz edilib. Enerji ehtiyatı standart versiya üçün 120 km, daha tutumlu akkumulyatorla təchiz edilmiş versiya üçün isə 170 km təşkil edir.
Hazırda ölkəmizə idxal olunan versiya yalnız 170 km batareya tutumu olan modellərdir.
Avtomobillərə 2 il və ya 50000 km (hansı tez bitərsə) zəmanət verilir.
Asia Motors tərəfindən idxal edilən Wuling Mini EV LV2 modelinin texniki göstəricilərini və özəlliklərini aşağıda diqqətinizə çatdırırıq:
Wuling Mini EV LV2 Macaron
Texniki göstəricilər:
U/E/H, mm - 2920/1493/1621
Tam batareya dolumu ilə yürüş – 170 km
Batareya həcmi - 13.9 kW/s
Mühərrik gücü – 20 kW
Dartı qüvvəsi – 85 Nm
Oturacaq sayı - 4 ədəd
Yerdən hündürlük - 125 mm
Təchizat:
Tam elektron rəngli alətlər paneli
Batareya dolum cihazı - GB/T - AC
Ön dumanəleyhinə fənərlər
Arxa dumanəleyhinə fənərlər
ABS + EBD
3 nöqtəli təhlükəsizlik kəmərləri
Təkərlərdə təzyiqə nəzarət sistemi (TPMS)
Arxa kamera
R12 disklər
Arxa qatlanan oturacaqlar
LED Gündüz işıqları
Ön şüşələr elektrik
Fərqli tavan rəngi (2 rəngli)
1 ədəd uzaqdan idarəli, 1 ədəd sadə açar
Sürücü günlüyü
Mexaniki kondisioner
Parça oturacaqlar
Blutooth
Radio, USD-4G şəbəkə
12 V giriş
Salon işıqlanması
2 ədəd səsgücləndirici
Avtomobillərin qiyməti 22900 və 24900 manata təklif olunur.
Əsas etibarilə ban növü, təchizat və rəng fərqləri ilə seçilən Wuling Mini EV avtomobilləri artıq Babək prospekti 28 ünvanında satışdadır.
Telefon: +994 12 525 5151
Mobil: +994 50 400 1924
+994 50 444 1924
Email: [email protected]
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
2 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
-
3 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
4 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
























