Azərbaycan hökumətindən iqtisadiyyat üçün 3 ssenari
Neftin qiyməti 40 ABŞ dollarına düşsə Azərbaycan iqtisadiyyatının 1,3 faiz azalacağı nəzərdə tutulur.Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələri üzrə layihələri dərc olunub.
Marja.az xəbər verir ki, layihədə makroiqtisadi ssenarilərin təhlilinə də yer verilib.
Qeyd edilib ki, 2021-ci ilin əvvəllərindən başlayan qlobal iqtisadi bərpa prosesi, 2022-ci ildə gözlənilən risklərin reallaşmağa başlaması ilə getdikcə daha qeyri-müəyyən vəziyyətə gəlmişdir. Belə ki, bu ilin ikinci rübündə qlobal istehsal Çin və Rusiyadakı təchizatın aşağı düşməsi səbəbindən azalmaqda davam etmişdir. Cari ildə koronavirus pandemiyası ilə artıq zəifləmiş dünya iqtisadiyyatına bütün dünyada gözləniləndən yüksək inflyasiya – xüsusən də ABŞ və Avropanın monetar siyasətdə daha sərt addımlar atmasına şərait yaratması, Çində koronavirus pandemiyasının yenidən cilovlanmasından irəli gələn qapanmaların və əmlak sektoru böhranının daha da artmasının səbəb olduğu iqtisadi bərpanın ləngiməsi və Ukraynadakı müharibənin mənfi təsirləri kimi bir neçə neqativ şok təsir etməkdə davam edir.
İkinci Dünya müharibəsindən bəri ən dərin qlobal tənəzzülə səbəb olan koronavirus pandemiyasından cəmi iki il sonra dünya iqtisadiyyatı yenidən böhran təhlükəsi ilə üz-üzədir. Belə ki, pandemiyanın səbəb olduğu istehsal və təchizat zəncirində qırılmaların aradan qaldırılması prosesinin tələbin bərpa sürətindən ləng həyata keçirilməsi, həmçinin daşıma və logistika xərclərinin yüksəlməsi həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə inflyasiyanın artmasına səbəb olmuşdur. Eyni zamanda, dünya iqtisadiyyatı yüksək inflyasiya və zəif artımın birlikdə formalaşdırdığı staqflyasiya ilə qarşı-qarşıyadır. Qlobal tənəzzülün qarşısı alınsa belə, tələb və təchizat arasındakı bərabərsizlik davam etdikcə staqflyasiyanın nəticələri bir neçə il daha davam edə bilər.
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq növbəti və sonrakı üç il üçün dövlət büdcəsinin layihəsi ölkənin ortamüddətli iqtisadi və sosial inkişafının proqnoz göstəriciləri əsasında hazırlanır.
Qlobal iqtisadi çağırışların təsiri fonunda bu proqnozlar dəyişərsə, icmal və dövlət büdcəsinin proqnozlaşdırılan gəlir və xərclərinin strukturu da dəyişə bilər. Belə ki, makro təhdidlərin artması ÜDM-nin həcminin azalmasını şərtləndirir ki, bu da vergitutma bazasını daraltmaqla büdcə gəlirlərinin həcminə və dövlətin xərc siyasətinə mənfi təsir edir.
İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunan ölkənin sosial və iqtisadi inkişaf göstəricilərinə dair sənəddə qlobal və regional iqtisadi reallıqların milli iqtisadiyyata mümkün təsirləri, Rusiya ilə Ukrayna arasında baş verən münaqişənin gedişatına, dünya enerji bazarında gedən proseslər və neft qiymətinin dəyişməsinə, “Azərbaycan Respublikasının 2022-2026-cı illər illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrasına uyğun olaraq aparılan genişmiqyaslı islahatlar və qarşıya qoyulmuş hədəflər nəzərə alınmaqla ölkənin ortamüddətli dövr üzrə iqtisadi və inkişaf proqnozları baza (hədəf), optimist və pessimist olmaqla üç ssenaridə hazırlanmışdır.
Qeyd edək ki, ssenarilər üzrə hesablamalarda xam neftin qiyməti baza (hədəf) ssenarisində 50 ABŞ dolları, optimist ssenaridə 60 ABŞ dolları, pessimist ssenaridə isə 40 ABŞ dolları götürülmüşdür.
Təqdim olunan məlumatlara əsasən ÜDM-nin artım tempi 2023-cü ildə baza (hədəf) ssenarisində 2,7 faiz və ya 106,0 milyard manat gözlənilir. Baza (hədəf) ssenarisi ilə müqayisədə optimist ssenaridə 3,3 faiz (0,6 faiz-bənd çox) və ya 111,2 milyard manat (5,2 mlrd. manat çox), pessimist ssenaridə isə 1,3 faiz (1,4 faiz-bənd az) və ya 99,1 milyard manat (6,9 milyard manat az) təşkil edəcəkdir.
Qeyri-neft ÜDM-nin artım tempi isə 2023-cü ildə baza (hədəf) ssenarisində 4,5 faiz və ya 73,3 milyard manat gözlənilir. Baza (hədəf) ssenarisi ilə müqayisədə optimist ssenaridə 5,6 faiz (1,1 faizbənd çox) və ya 75,0 milyard manat (1,7 milyard manat çox), pessimist ssenaridə isə 2,0 faiz (2,5 faiz-bənd az) və ya 69,9 milyard manat (3,4 milyard manat az) təşkil edəcəkdir.
Bununla yanaşı, təqdim olunan məlumatlara əsasən 2022-2026-cı illərdə ÜDM-nin ortaillik artım tempi baza/hədəf ssenaridə 3,5 faiz, optimist ssenaridə 4,1 faiz, pessimist ssenaridə 2,6 faiz gözlənilir.
Qeyri-neft ÜDM-nin 2022-2026-cı illər üzrə orta illik artım tempi isə baza/hədəf ssenaridə 5,4 faiz, optimist ssenaridə 6,3 faiz, pessimist ssenaridə 3,8 faiz proqnozlaşdırılmışdır.
Layihədə makroiqtisadi göstəricilərin fiskal vəziyyətə təsirinə də yer ayrılıb.
Qeyd olunub ki, makroiqtisadi risklərin fiskal sektora təsirinin qiymətləndirilməsi onların xərclərinə, gəlirlərinə və kəsirlərinə təsir miqyasının müəyyən edilməsinə əsaslanır. Aşağıdakı cədvəldə qeyri-neft ÜDM-nin optimist və pessimist ssenarilərində fiskal sektora təsirinin miqyası göstərilir.
Qeyri-neft ÜDM-nin pessimist ssenarisində baza (hədəf) ssenarisi ilə müqayisədə icmal büdcənin qeyri-neft gəlirləri 0,3 milyard manat azalır ki, bu da icmal büdcənin qeyri-neft baza kəsirini həmin məbləğ qədər artırır.
Nəticədə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-də xüsusi çəkisi -26,6 faiz təşkil edir ki, bu da baza ssenari ilə müqayisədə 1,6 faiz-bənd (0,3 milyard manat), büdcə qaydasına uyğun olaraq icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-də xüsusi çəkisinin 2023-cü il üzrə -25,0 faiz nisbətində hədəflənən yuxarı hədd göstəricisindən isə 1,6 faizbənd (1,1 milyard manat) çoxdur.
“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisinin hədəflənən yuxarı həddinin 2026-cı ilin sonuna 17,5 faizə çatdırılması nəzərdə tutulmuşdur.
Müştərilərin xəbərləri
PAŞA Bankın təşkilatçılığı ilə “Azərbaycanın yeni logistika xəritəsi: Orta Dəhlizdən regional logistika mərkəzinə” adlı tədbir keçirilib
AccessBank və AYİB Azərbaycanda sahibkarların beynəlxalq ticarət imkanlarının genişləndirilməsini dəstəkləyir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 51 d. sonra
-
11 d. əvvəl
Azərbaycanda bankların mənfəət yarışı – Xalis mənfəətə görə bankların reytinqi
-
-
18 d. əvvəl
İllik 15% gəlir təklif edən yeni istiqrazlar - ticarətə buraxılması üçün qərar verilib
- 29 d. əvvəl
-
40 d. əvvəl
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
- 51 d. əvvəl
-
1 saat əvvəl
ATB-nin kredit portfeli 157 milyon manat artıb - 1 milyard manata yaxınlaşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
Rabitə və telekommunikasiya sahəsində vahid rəqəmsal platforma formalaşdırılır - “Rəqəmsal rabitə”
-
2 saat əvvəl
Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə göstəricilərini açıqlayıb
-
2 saat əvvəl
Bank Respublika 9 ayda 50 milyon manat qazanıb – Mənfəəti 16,5% artıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
10 min manatadək lombard krediti – Yeni kampaniya ®
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
13%-lik istiqrazları 71 investor aldı
Mərkəzi Bank BOKT-ların banklardan asılılığını azaltmaq istəyir



























