Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Birjalarda son vəziyyət

iç səhifə xəbər başlığı altı (mobil)_31
Birjalarda son vəziyyət
iç səhifə xəbər şəkil altı-3 (mobil)_32

EUR

Ötən həftə ABŞ-da açıqlanan zəif iqtisadi göstəricilər, eləcə də İngiltərədə artımla açıqlanan inflyasiya rəqəmləri fonunda dollar üzərində təzyiqlər artmaqda davam edir. Lakin Avrozonada proqnozların altında açıqlanan inflyasiya rəqəmləri avronun bahalaşmasına mane oldu. Hazırda 106 bənd hədlərində dalğalanan dollar indeksi 108 bənd həddinin üzərinə yüksəlsə, dollar dünya birjalarında yenidən güclənə bilər. Əks təqdirdə isə eniş tendensiyası daha kəskin xarakter ala bilər.

Digər tərəfdən, San-Fransisko, Klivlend və Kanzas Siti FED sədrlərinin faiz artımlarının davam edəcəyinə dair açıqlamaları isə birjalarda ciddi fikir ayrılıqlarına səbəb ola bilər. 

Bu həftə Avropa Mərkəzi Bankının, eləcə də, FED-in son toplantısının protokollarının dərci, həmçinin Avrozonada, İngiltərədə və Amerikada açıqlanacaq Biznes Aktivliyi İndeksi göstəriciləri investorların diqqət mərkəzində olacaq.

GBP

Ötən həftə İngiltərədə artımla açıqlanan inflyasiya göstəricilərindən sonra İngiltərə Mərkəzi Bankının sərt monetar siyasətinin davam etdiriləcəyi ehtimallarının daha da artması  GBP/USD cütlüyünün kəskin bahalaşmasına səbəb oldu. 

GBP/USD cütlüyündə qiymətlər 1.2000 hədləri üzərində möhkəmlənə bilsə, funt-sterling dollar qarşısında 1.22$-a kimi bahalaşa bilər. Əgər 1.2000 müqaviməti qırılmasa, artım tendensiyası eniş trendi ilə əvəzlənə bilər.

TRY

Son 2 ayda üfüqi tendensiya sərgiləyən USD/TRY məzənnəsi 18.60TL həddi üzərində möhkəmlənərsə, lirə dollar qarşısında 19TL-yə kimi ucuzlaşa bilər. Bu həftənin 4-cü günü Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının faiz qərarı proqnozlaşdırılan kimi azalma ilə açıqlanarsa, USD/TRY cütlüyündə üfüqi tendensiya artım tendensiyası ilə əvəzlənə bilər.

GOLD

Dollar indeksinin kəskin ucuzlaşması fonunda qızıl yenidən 1773$-a kimi bahalaşsa da, burada müqavimətlə qarşılaşaraq 1750$ həddinə kimi gerilədi. Lakin dollar üzərində təzyiqlər artmaqda davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1800$-a kimi bahalaşa bilər. Qiymət 1750$ səviyyəsinin altında qala bilsə, qızıl yenidən ucuzlaşa bilər.

Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.

21.11.2022 09:41

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil Xəbər Lentinin aşağısı-4_23
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18
InvestAZ