Ər-Riyad OPEC+ hasilatının 500 min barel artması ilə bağlı müzakirələri təkzib edib
Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman krallığın gündəlik neft hasilatını 500 min barel artırmaq üçün digər OPEC+ üzvləri ilə müzakirələr apardığına dair xəbərləri qəti şəkildə təkzib edir.
Marja xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının xəbər agentliyinin məlumatında deyilir.
"Məlumdur ki, OPEC+ iclasları öncəsi heç bir məsələni müzakirə etmir. Neft hasilatının gündəlik 2 milyon barrel azaldılması 2023-cü ilin sonuna qədər davam edəcək”, - deyə nazir bildirib.
"Wall Street Journal" OPEC nümayəndələrinə istinadən xəbər vermişdir ki, Səudiyyə Ərəbistanı və digər OPEC ölkələri dekabrın 4-nə planlaşdırılan qarşıdan gələn OPEC+ toplantısında neft hasilatını gündəlik 500 min barel artırmaq barədə qərar qəbul etmək imkanını müzakirə edirlər.
Oktyabrın 5-də keçirilən əvvəlki iclasda alyans üzvləri hasilatı noyabr ayından gündəlik 2 milyon barel azaltmağa razılaşıb, həmçinin sövdələşməni 2023-cü ilin sonuna qədər uzadıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
7 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Ən çox oxunanlar
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi


























