Mobil manşet üstü reklam-3_21

"Xəzərin suyunun duzsuzlaşdırılması layihəsini 2023-cü ildə tamamlamağı gözləyirik"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Xəzərin suyunun duzsuzlaşdırılması layihəsini 2023-cü ildə tamamlamağı gözləyirik"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"İsrailin “IDE Technologies” şirkəti “Azərbaycan İnvestisiya Şirkəti” ilə Xəzər dənizinin suyunun duzsuzlaşdırılması sahəsində birgə layihə üzrə niyyət bəyannaməsi imzalayıb. Bu strateji əhəmiyyətli layihə Azərbaycanda hər gün yüz minlərlə kubmetr suyun duzsuzlaşdırılmasına kömək edəcək. Səbirsizliklə bu layihəni 2023-cü ildə tamamlamağı gözləyirik".

Marja xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib. 

Səfir deyib:

"Həmçinin turizm sektorunun daha da fəallaşması üzərində də çalışacağıq və uçuşların sayını və infrastrukturu nəzərə alaraq, bunun 2023-cü ildə baş verəcəyini hesab edirik. Biz daha çox mədəni mübadilə, Azərbaycanda İsraildən daha çox musiqi şousu olmasını, daha çox İsrail filmi nümayiş etdirilməsini istəyirik".

Corc Dik bildirib ki, ölkələr arasında turizm sferasında əməkdaşlıq hələ səfirlik açmaq qərarı verilməmişdən əvvəl inkişaf edirdi və artım tempi yalnız COVID-19 səbəbindən kəsilib:

"2016-cı ildə 10 min turistimiz olubsa, 2019-cu ildə bu rəqəm artıq 50 min, yəni 5 dəfə çox idi. COVID-19 olmasaydı, turistlərin sayı daha artardı.

Düşünürəm ki, İsraildə Azərbaycan səfirliyinin açılması ölkələr arasında turizm əməkdaşlığının daha da möhkəmlənməsinə kömək edəcək. Ötən il İsraildə Azərbaycanın turizm nümayəndəliyinin açılması isə artıq İsraildən Azərbaycana gələn turistlərin sayının artmasına mühüm töhfə verib. Keçən il üzrə tam məlumatımız yoxdur, lakin ilin ilk yarısı üzrə deyə bilərəm ki, deyəsən, 2019-cu ilin göstəricilərinə qayıtmışıq.

Gələn il ölkələrimiz arasında turizmin inkişafı potensialına çox nikbin baxıram. “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) növbəti mövsümdən başlayaraq İsrailə həftədə 8 reysin yerinə yetirilməsi ilə bağlı qərarının olduğunu bilirəm. Bundan əlavə, İsrail aviaşirkətləri də uçuşların sayını artıra bilər. Təsəvvür edin ki, Azərbaycanla İsrail arasında hər həftə 10-dan çox birbaşa uçuş olacaq".

Səfir, "Energetika sahəsində ölkələr arasında əməkdaşlıq necədir? Siz bu yaxınlarda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəflə görüşdünüz. Bu sferada yeni birgə layihələr, tədarük həcmlərinin artırılmasını gözləmək olarmı?" sualına belə cavab verib:

"Heç kimə sirr deyil ki, Azərbaycan İsrailin əsas neft tədarükçüsüdür. İki il əvvəl Azərbaycan neftinin İsrailə tədarükdə payı təqribən 30%, keçən il isə təxminən 40% təşkil edib. Beləliklə, Azərbaycanın bu baxımdan mərkəzi rolu qalır və artır.

Biz Azərbaycandan qaz idxal etmirik. Eyni zamanda, nəzərdən keçirdiyimiz digər əməkdaşlıq sahəsi qazımızın bu gün ona çox ehtiyacı olan Avropaya ixracıdır. Qazın mayeləşdirilməsi, Misirdən keçməklə qaz kəmərinin çəkilməsi, Yunanıstan və İtaliya ərazisindən qaz kəmərinin çəkilməsi, eləcə də Türkiyə üzərindən tədarük variantı haqqında fikirlər var. Biz, məsələn, TANAP və TAP boru kəmərlərinə də qoşula bilərdik. Görək İsrailin yeni hökuməti hansı strategiyaya üstünlük verəcək.

Bərpa olunan enerji mənbələri də daim diqqət mərkəzindədir. Günəş və külək enerjisi sahəsində təcrübəmiz var. Azərbaycanda isə daha “yaşıl” enerjiyə keçidlə bağlı strateji qərar var. Odur ki, biz buna töhfə verə bilərik. İsrail hələ Azərbaycanın bərpa olunan enerji sektorunda iştirak etməyib. Ümid edirik ki, bu baş verəcək".

İsrailin səfiri, 2022-ci ildə Azərbaycanın İsraildə səfirliyinin, ticarət nümayəndəliyinin açılması ilə bağlı qərar qəbul edildi, hökumət və özəl sektor səviyyəsində bir çox yeni sazişlər imzalandı. Hansı sektorlarda daha çox artım müşahidə olunur və 2022-ci ildə hansı müqavilələr əlamətdar hesab edilə bilər?" sualını da cavablandırıb:

"2022-ci il əməkdaşlığımız üçün mühüm il oldu. İlk öncə, dediyiniz kimi, ticarət, daha sonra turizm ofisinin açılışı oldu. İsrail və Azərbaycan arasında turizm əməkdaşlığının yenidən canlanmasının, onun pandemiyadan əvvəlki səviyyəyə qayıtmasının şahidi olduq.

Bundan əlavə, iqtisadi sahədə biz bir neçə çox mühüm sazişin imzalanmasının şahidi olduq. “Azərbaycan İnvestisiya Şirkəti” ilə İsrailin vençur şirkəti arasında Azərbaycan startaplarına sərmayə qoyuluşu haqqında, İsrailin “Mekorot” şirkəti ilə “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC arasında su ehtiyatları sahəsində saziş imzalanıb.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin İsrailə səfərinin şahidi olduq və o, Azərbaycanda kibertəhlükəsizliyin öyrənilməsi üzrə məktəb açılması üçün “Technion” şirkəti ilə müqavilə imzaladı. Ümid edirik ki, məktəb yaxın bir neçə ay ərzində açılacaq. Bunların hamısı üzərində işlədiyimiz son dərəcə vacib layihələrdir.

İsraildən də yüksək səviyyəli səfərlər olub. İsrailin turizm, kənd təsərrüfatı və maliyyə nazirləri iki aydan az fərqlə Bakıya səfər etdilər.

Amma bizim üçün ən mühüm nailiyyət Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı qərar oldu. Odur ki, hər bir halda, 2022-ci il münasibətlərimiz üçün çox yaxşı, məhsuldar il oldu.

Azərbaycan qeyri-sabit qonşuluqda yaşayır və dəyişiklik zamanı dostlarınız və tərəfdaşlarınız ilə əl-ələ verməlisiniz. Yəni səfirliyin açılması da ölkələri bir-birinə yaxınlaşdıran şeydir".

İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!

Report

05.01.2023 12:09

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Əsas səhifədə 3-cü reklam-2_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xeber_metn_sag_18_2_18
InvestAZ