Aztəminatlı ailələr üçün gəlir imkanları - 595 MİN MANATLIQ 2 YENİ LAYİHƏ
Bu gün bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “NİCO”, “MOL”, “Equinor”, “SGC”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “TotalEnergies”, “Eni”, “ONGCVidesh” – adından yerli biznesin inkişafını dəstəkləmək yönümündə əməkdaşlığı davam etdirmək üçün Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə yeni anlaşma memorandumu imzalayıb.
bp-dən Marja-ya daxil olan məlumatda bildirilir ki, bu, 2018-ci ildə imzalanmış ilk anlaşma memorandumu çərçivəsində KOBİA ilə səmərəli əməkdaşlığın davamıdır. Bu əməkdaşlığın bir hissəsi olaraq bp və onun tərəfdaşlarının maliyyələşdirdiyi əsas layihələrdən biri olan Sahibkarlığın İnkişafı Proqramı uğurla həyata keçirilərək artıq başa çatıb. 2007-ci ildən başlayan bu layihə yerli biznesin inkişafını dəstəkləmək məqsədilə çoxsaylı maraqlı tərəfləri bir araya gətirərək onların arasında əlaqə yaratmaqla mühüm bir vasitəyə çevrilmişdir.
bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Yeni anlaşma memorandumu imzalamaqla biz yerli bizneslərin inkişafını dəstəkləmək yönümündə səylərimizi davam etdirmək niyyətindəyik. İnanırıq ki, bizim Sahibkarlığın İnkişafı Proqramı layihəmiz Azərbaycanın iqtisadi bazasının genişlənməsinə və yerli müəssisələrin potensialının artırılmasına çalışan bütün maraqlı tərəfləri bir araya toplamaqda müstəsna dərəcədə uğurlu olmuşdur. Həqiqətən də, bu proqram yerli müəssisələrə beynəlxalq standartlara çatmaq və tədarük müqavilələri uğrunda rəqabət aparmaq üçün gözəl imkan yaradıb, daxili bazarlarda və bütövlükdə Xəzər regionunda rəqabət mühiti formalaşdırıb.
İndi isə biz bu layihəni yekunlaşdırırıq və KOBİA ilə yeni birgə fəaliyyətə başlayırıq. Bu əməkdaşlıq vasitəsilə biz Sahibkarlığın İnkişafı Proqramının uğurunu daha da irəli aparmaq niyyətindəyik. Yerli sahibkarlığın inkişafına sərmayə qoyaraq son 15 il ərzində əldə etdiyimiz nəticələrlə qürur duyur və inanırıq ki, bu sahədə dəstəyimizi davam etdirmək üçün irəlidə yeni və daha maraqlı imkanlar açılacaq.”
Yeni anlaşma memorandumunun imzalanmasının ardınca iki yeni layihəyə start verilib.
Birinci layihə Samux, Goranboy və Şəmkir rayonlarındakı icmalar da daxil olmaqla kənd yerlərində gənc sahibkarların inkişafına dəstək məqsədli 20 aylıq təşəbbüsdür.
Layihə üç mərhələli inkişaf proqramına əsaslanır. Birinci mərhələnin məqsədi aztəminatlı ailələrdən olan biznes yönümlü gəncləri seçib onlara gələcək biznes fəaliyyətlərinə hazırlıq üçün təlim keçməkdir. Layihə iştirakçıları müvafiq qaydada təlim aldıqdan sonra ikinci mərhələyə keçəcəklər və bu mərhələ çərçivəsində onlar öz kiçik bizneslərini qura bilmələri üçün lazımi avadanlıq və alətlərlə təchiz ediləcəklər. Üçüncü mərhələdə isə iştirakçılar layihənin təqdim etdiyi bilik, bacarıq və avadanlıqdan səmərəli istifadə etməyə kömək edəcək mentorluq proqramından bəhrələnə biləcəklər.
Layihənin ümumi dəyəri 495 000 AZN-dən ($291 200) çoxdur.
Layihə “Kənd İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən icra olunacaq.
İkinci layihə isə Tovuz rayonunda aqroturizmin inkişafına dəstək məqsədi daşıyır. Layihə bu rayondan seçilmiş aztəminatlı ailələr üçün gəlir və məşğulluq imkanları yaratmağı nəzərdə tutur. Layihəyə aqroturizmlə məşğul olan yeddi xidmət təchizatçısının işçi heyəti üçün - ümumilikdə 20 nəfərə, təlim keçmək və mentorluq dəstəyi göstərmək, həmçinin həmin müəssisələri avadanlıq və alətlərlə təchiz etmək daxildir. Bundan əlavə, ehtiyac olduğu halda bu müəssisələrin obyektlərinin təmirinə də dəstək vermək nəzərdə tutulur.
Bu birillik layihənin ümumi dəyəri təxminən 100 000 AZN-dir (təxminən $59 000).
Layihə Regional İnkişaf İctimai Birliyi tərəfindən icra olunacaq.
Qeyd edək ki. bp şirkəti Azərbaycanda 30 ildən çoxdur ki, neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürmüşük.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
4 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
4 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
4 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
4 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 4 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür











.jpg)













