"Bank BTB" zərərdən mənfəətə keçib
"Bank BTB" ASC 2023-cü ilin 1-ci rübünü (yanvar-mart) 888 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 3 milyon 295 min manat xalis zərər ilə bağlamışdı.
Beləliklə, "Bank BTB" zərərdən mənənfəətə keçib. Bankın mənfəət əldə etməsi gəlirlərinin artması və aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün ehtiyata vəsait ayırmaması, əksinə ehtiyatdan vəsaitin azad olması ilə əlaqədar artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, ötən ilin ilk rübündə "Bank BTB"nin faiz gəlirləri 6 milyon 544 min manat ikən, 2023-cü ilin ilk rübündə 7 milyon 251 min manat təşkil edib. Bankın qeyri-faiz gəlirləri isə 1 milyon 56 min manatdan 1 milyon 84 min manata yüksəlib.
ƏMƏLİYYATI MƏNFƏƏTLİDİR
2023-cü ilin 1-ci rübündə "Bank BTB"nin cəmi əməliyyat gəlirləri 8 milyon 335 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 212 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 123 min manat təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün yaradılmış xüsusi ehtiyatdan azad olmuş 765 min manat hesabına mənfəət 888 min manata yüksəlib. Qeyd edək ki, "Bank BTB" ötən ilin ilk rübünü 408 min manat əməliyyat zərəri ilə başa vurmuş və ehtiyata 2 milyon 887 min manat ayırmışdı. 2022-ci ilin 1-ci rübündə Bankın cəmi əməliyyat gəlirləri 7 milyon 600 min manat, cəmi əməliyyat xərcləri 8 milyon 8 min manat təşkil etmişdi.
BANK BÖYÜYÜB
31 Mart 2023-cü il tarixində "Bank BTB" 376 milyon 391 min manat cəmi aktivlərə, o cümlədən 250 milyon 558 min manat xalis kredit portfelinə malik olub. Bank ötən ilin eyni tarixində 356 milyon 788 min manat cəmi aktivlərə, o cümlədən 247 milyon 438 min manat xalis kredit portfelinə malik idi.
BANKDA DEPOZİTLƏR ARTIB
Ötən ilin ilk rübünün yekunu ilə müqayisədə "Bank BTB" nin depozit portfeli 2 milyon 594 min manat artaraq 148 milyon 930 min manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
31 Mart 2023-cü il tarixində "Bank BTB" 55 milyon 261 min manat məcmu kapitala malik olub. Bank ötən il eyni dövründə 50 milyon 111 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 33 d. əvvəl
-
43 d. əvvəl
Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq ®
-
1 saat əvvəl
MDB dövlət başçıları Türkmənistanda bir araya gəlir – İlham Əliyev iclasda iştirak edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev: Trampın tarixi sülh səylərinin qiymətləndiriləcəyinə ümid edirik
-
1 saat əvvəl
Süni intellekt bumu TSMC-yə rekord gəlir gətirib – 46,7 milyard dollar
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Microsoft, Adobe və daha 6 texnologiya şirkətinə qadağa – “Yaşıl kart” proqramından kənarlaşdırıldılar
Bakının restoran xəritəsində yeni ünvan – “Sheer One” açıldı
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış kompleksi: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
BOKT 4 milyon manat borclanır – İllik 13% faiz ödəyəcək
İntensiv və güclü yağış yağacaq - XƏBƏRDARLIQ

























