"Ziraat Bank Azərbaycan" 2023-ün ilk rübünə dair maliyyə göstəricilərini açıqladı
Bank ilk rübü 3 milyon 335 min manat xalis mənfəət ilə başa vurub."Ziraat Bank Azərbaycan" ASC 2023-cü ilin 1-ci rübünə dair maliyyə hesabatlarını açıqlayıb.
Bankın yaydığı press-relizdə bildirilir ki, "Ziraat Bank Azərbaycan" müştərilərinin etimadını qazanmağa davam edir. Belə ki, etimadın əsas göstəricilərindən biri hesab edilən Bankın depozit portfeli ötən ilin müvafiq dövrü ilə müqayisədə 58% artaraq 391 mln. 915 min manatı keçmişdir.
Bankın kredit portfelində də ötən ilin I rübü ilə müqayisədə 23% artım müşahidə edilib. Ümumi kredit portfelində diqqət çəkən məqamlardan biri də odur ki, artımın əsas payı hüquqi şəxslərə təqdim edilən biznes kreditlərinin hesabına düşür. Bu da Ziraat Bank Azərbaycanın real sektora olan dəstəyinin əsas göstəricilərindən biridir.
Həmçinin 2022-ci ilin I rübü ilə müqayisədə cəmi aktivlərdə də yüksək artım qeydə alınıb ki, bu da 37,4% təşkil edərək, göstəricinin 617 mln. 408 min manatı keçməsi ilə nəticələnib.
Bankın uğurları bununla da bitməyib. Belə ki, hesabata əsasən Ziraat Bank Azərbaycanın cəmi kapitalı da son 3 ayda 4% artaraq 110 mln. 653 min manatı keçib.
Bankda əhəmiyyətli artımın müşahidə edildiyi göstəricilərdən biri də xalis faiz gəliridir. Bu göstərici üzrə artım ötən ilin I rübü ilə müqayisədə 64% təşkil edib və beləliklə, xalis faiz gəliri hesabat dövrü üzrə 6 mln. 957 min manata çatıb.
Bank fəaliyyətinin uğurluluğunun əsas göstəricilərindən biri olan xalis mənfəət də "Ziraat Bank Azərbaycan"da əhəmiyyətli dərəcədə artıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə xalis mənfəət 62,63% artaraq 3 mln. 335 min manata yüksəlib.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 159 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
5 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
- 36 d. əvvəl
-
46 d. əvvəl
Sahibkarlar “Etender.gov.az” portalında sənədləri “SİMA İmza” imzalayacaq ®
-
1 saat əvvəl
MDB dövlət başçıları Türkmənistanda bir araya gəlir – İlham Əliyev iclasda iştirak edir
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İlham Əliyev: Trampın tarixi sülh səylərinin qiymətləndiriləcəyinə ümid edirik
-
1 saat əvvəl
Süni intellekt bumu TSMC-yə rekord gəlir gətirib – 46,7 milyard dollar
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Microsoft, Adobe və daha 6 texnologiya şirkətinə qadağa – “Yaşıl kart” proqramından kənarlaşdırıldılar
Bakının restoran xəritəsində yeni ünvan – “Sheer One” açıldı
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış kompleksi: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
BOKT 4 milyon manat borclanır – İllik 13% faiz ödəyəcək
İntensiv və güclü yağış yağacaq - XƏBƏRDARLIQ























