"Bank Respublika" daha iki göstəricidə 1 milyard manat səviyyəsinə yaxınlaşıb
"Bank Respublika"nın kredit və depozit portfelləri 1 milyard manat səviyyəsinə yaxınlaşıb.Azərbaycanın ən böyük 5 bankından biri olan "Bank Respublika" ASC 2023-cü ilin 1-ci rübünü 9 milyon 718 min manat xalis mənfəət ilə başa vurub. Bank 2022-ci ilin 1-ci rübünü 6 milyon 42 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə,"Bank Respublika"nın xalis mənfəəti 2023-cü ilin 1-ci rübündə 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 3 milyon 676 min manat və ya 60,8% artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
Marja.az xəbər verir ki, "Bank Respublika"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 2023-cü ilin 1-ci rübündə 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 16 milyon 622 min manat və ya 46,7% artaraq 52 milyon 233 min manata çatıb. 2022-ci ilin 1-ci rübündə Bankın cəmi əməliyyat gəlirləri 35 milyon 611 min manat təşkil etmişdi.
"Bank Respublika"nın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2023-cü ilin 1-ci rübündə 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 11 milyon 111 min manat və ya 37,1% artaraq 41 milyon 33 min manat təşkil edib. 2022-ci ilin 1-ci rübündə Bankın cəmi əməliyyat xərcləri 29 milyon 922 min manat təşkil etmişdi.
2022-ci ilin 1-ci rübündə "Bank Respublika"nın əməliyyat mənfəəti 5 milyon 689 min manat ikən, 2023-cü ilin 1-ci rübündə 11 milyon 200 min manat olub (əməliyyat mənfəəti 2 dəfə artıb).
Eyni zamanda, 2023-cü ilin ilk rübündə, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 454 min manat mənfəətə əlavə edilib və "Bank Respublika"nın mənfəəti 11 milyon 654 min manata yüksəlib. Bank ilk rübdə 1 milyon 936 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edək ki, 2022-ci ilin 1-ci rübündə ehtiyatdan azad qayıdan 352 min manat mənfəətə əlavə edilmiş və Bankın mənfəəti 6 milyon 42 min manata yüksəlmişdi.
"Bank Respublika"nın həm faiz, həm də qeyri-faiz gəlirləri artıb. O cümlədən, Bankın "digər banklara və maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri" və "digər banklar və maliyyə institutlarındakı depozitləri üzrə faiz gəlirləri" də ciddi nisbətlərdə artıb.
31 Mart 2023-cü il tarixində "Bank Respublika"nın cəmi aktivləri 1 milyard 645 milyon 813 min manata çatıb. Ötən ilin sonu ilə müqayisədə (1 milyard 584 milyon 857 min manat) Bankın cəmi aktivləri 60 milyon 956 min manat və ya 3,8% artıb.
"Bank Respublika"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 2022-ci ilin sonu ilə müqayisədə ilk rübdə 19 milyon 937 min manat artaraq 31 mart 2023-cü il tarixində 982 milyon 497 min manat təşkil edib. O, cümlədən, bankın istehlak kreditləri portfeli 3 milyon 171 min manat artaraq 230 milyon 771 min manata, biznes kreditləri portfeli 14 milyon 899 min manat artaraq 673 milyon 14 min manata, ipoteka kreditləri portfeli isə 1 milyon 868 min manat artaraq 78 milyon 472 min manata yüksəlib.
2023-cü ilin ilk rübündə "Bank Respublika"nın depozit portfeli 12 milyon 635 min manat artarq 978 milyon 528 min manata çatıb. Bankda fiziki şəxslərin depozitləri 15 milyon 270 min manat artaraq 574 milyon 233 min manata yüksəlib, hüquqi şəxslərin depozitəri isə 2 milyon 636 min manat azalaraq 404 milyon 294 min manata düşüb.
31 Mart 2023-cü il tarixində "Bank Respublika" 135 milyon 152 min manat məcmu kapitala malik olub. Bank 2022-ci ilin sonunda 127 milyon 468 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
2 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
-
10 saat sonra
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
-
-
1 saat əvvəl
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
-
4 saat əvvəl
“PAŞA Kapital” yeni mövsümə yeni idarəetmə modeli və güclü rəhbər heyəti ilə başlayır
-
4 saat əvvəl
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
-
4 saat əvvəl
Azərbaycanda lisenziya və icazə prosedurlarının dəyişdirilməsi üçün təkliflər hazırlanacaq
-
4 saat əvvəl
Sahibkarlar rəqabət siyasətinin hazırlanmasına daha fəal cəlb ediləcək
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycan özəl investisiyaların artımını rəqabət islahatları ilə stimullaşdıracaq
-
4 saat əvvəl
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
- 4 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
“Baku Steel Company” ağır texnika və daşımalar üzrə tender elan edib
“MJ Finance” 16 faiz gəlirli istiqrazlar buraxır – 6 MİLYON MANAT
Dövlətin üstünlük təşkil etdiyi bəzi bazarlar rəqabətə açıla bilər
Sahibkarların dövlət satınalmalarına və mühüm infrastruktura çıxışı genişləndiriləcək
Ən çox oxunanlar
Azərbaycanda məhsul bazarları yeni metodla yoxlanılacaq
Azərbaycanda rəqabət üzrə ayrıca tədqiqat mərkəzi yaradılacaq
Fərid Şəfiyev yeni yaradılan Mərkəzə sədr təyin edildi
Hansı regionda rəqabət zəifdir? – Xüsusi xəritə hazırlanacaq
Dövlət müəssisələri üçün yeni rəqabət qaydaları gəlir
Azərbaycanda inhisarçılığa qarşı yeni plan təsdiqləndi
























