Rabitəbank “Xilaskar” esse müsabiqəsilə bağlı tələbələrlə sessiya təşkil edib
(®) Hər zaman gənclərin uğurlu karyera qurmalarına dəstək olan “Rabitəbank” ASC və “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB (AJN) -nin təmsilçiləri “Xilaskar” adlı esse müsabiqəsi ilə bağlı Bakı Dövlət Universitetinin, Bakı Salvyan Universitetitinin və Azərbaycan Dillər Universitetinin jurnalistika fakültələrində məlumatlandırma sessiyaları təşkil ediblər. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Rabitəbank-ın 30 illiyi çərçivəsində jurnalistika ixtisası üzrə təhsil alan tələbələr üçün elan olunan bu müsabiqə Milli Qurtuluş Gününə və onun nəticələrinə həsr olunub. Fakültələrin gənc tələbələrinə müsabiqə haqqında məlumat verən Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Müstəqil dövlətçiliyimizin yox olmaq təhlükəsi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aradan qalxıb. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və inkişafın təməlini qoyub. 15 iyun – Milli Qurtuluş Gününün təntənəsi bu gün də özünü büruzə verir, müstəqil respublikamızın davamlı inkişafını təmin edir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. “Xilaskar” adlı esse müsabiqəsinin əsas mövzusu da məhz bu əlamətdar tarixdir.
Qeyd edək ki, Rabitəbank öz sosial korporativ proqramı çərçivəsində davamlı olaraq tələbələrə dəstək olur, yetişən gənc jusrnalistlər üçün gələcək karyeralarında mühüm rol oyanacaq təcrübə qazanmaq imkanını yaradır. Bu əlamətdar tarix də bütün Azərbaycan xalqı üçün əzizdir.
Jurnalistika fakültəsində oxuyan tələbələr hazırladıqları məqalələrini iyun ayının 10-dək müsabiqəyə təqdim edə bilərlər. Nəticələr 15 İyun - Milli Qurtuluş Günü ərəfəsində açıqlanacaq.
Müsabiqənin şərtləri:
1.Müsabiqədə yalnız jurnalistika ixtisası üzrə hazırda bakalavr və magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilərlər.
2.İştirak etmək istəyənlər təqdim etdiyimiz link-ə daxil olub göstərilən müraciət formasını dolduraraq, mövzu üzrə məqalələrini göndərə bilərlər: https://bit.ly/42nYM5K
Yazılar aşağıdakı tələblərə cavab verməlidir:
-Azərbaycan dilində və “Times New Roman” şrifti ilə 12 ölçüdə hazırlanmalı;
-Yazı maksimum 3 səhifə və 1500 söz həcmində olmalıdır;
-Yazılarda Milli Qurtuluş Gününün mahiyyəti, tarixi, bugünkü nəticələri barədə fikir və mülahizələr, şərhlər, arqumentlər, statistik göstəricilər əks etdirilə bilər.
-Eyni məzmunlu və fərqli müəlliflərə aid yazılardan istifadə edilməməlidir.
Bildirilir ki, yazılar peşəkarlardan ibarət müsabiqə komissiyası tərəfindən yoxlanılacaq. Müsabiqədə ilk 3 yerin qalibinə pul mükafatı, növbəti 10 yer üçün xüsusi diplom və simvolik hədiyyələr təqdim olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
3 gün sonra
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
- 34 d. əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Ölmüş heyvanların utilizasiyası üçün xüsusi müəssisələr yaradıla bilər
-
2 saat əvvəl
Qida məhsulları istehsaldan istehlakçıya qədər elektron izlənəcək
-
2 saat əvvəl
Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub
-
2 saat əvvəl
Biznesə göstərilən dövlət xidmətlərinin bir hissəsi özəl sektora veriləcək
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Apteklərdə “Bu dərman deyil” xəbərdarlıq lövhələri yerləşdiriləcək
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Bilik Gününə özəl HƏDİYYƏ: InvestAZ Universal Treyder kursunu ödənişsiz təqdim edir ®
Çinin tikinti nəhəngi “Sea Breeze” ilə əl sıxdı
"AccessBank" PaloAlto Firewall 2026 tenderi elan edir
Ən çox oxunanlar
“KollektA” şirkətinin səhmlərinə abunə yazılışı başlayır
Huawei Azərbaycanda regional rəqəmsal mərkəz yarada bilər
Apteklərdə “Bu dərman deyil” xəbərdarlıq lövhələri yerləşdiriləcək
Azərbaycanda əhalinin nə yediyinə dair məlumat bazası yaradılacaq
Azərbaycanda dietoloqlar qeydiyyata alınacaq - nəzarət gücləndirilir
Azərbaycan yumurtası üçün yeni ixrac bazarları açılacaq





























