Azərbaycanda ilk dəfə Bakı Su Həftəsi keçiriləcək

Müasir dövrdə dünya bir sıra yeni qlobal çağırışlarla üz-üzədir. Digər faktorlarla yanaşı su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən ən vacib problemlərdən birinə çevrilib. Etibarlı su təchizatına nail olunması, su ehtiyatlarından səmərəli şəkildə istifadə son dövrlərdə dünya ölkələri qarşısında duran strateji məsələdir.
Azərbaycan da bu cəhətdən istisna deyil. Su ehtiyatlarının idarə edilməsi həm ekoloji baxımdan, həm də ölkənin su təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Bu sahənin Azərbaycanda bundan sonrakı inkişafı, mövcud çətinliklərin və həll yollarının müzakirəsi, maraqlı tərəflər üçün yeni fürsətləri əlçatan etmək məqsədilə, 2024-cü ildə Bakı həm ölkəmiz, həm də bütövlükdə region üçün böyük əhəmiyyət daşıyan daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. Belə ki, 2024-cü ilin 12-14 mart tarixlərində Bakı Ekspo Mərkəzində ilk dəfə olaraq Bakı Su Həftəsi təşkil ediləcəkdir.
Təşkilatçının yaydığı məlumatda bildirilir ki, Bakı Su Həftəsi çərçivəsində Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının keçirilməsi planlaşdırılır. Tədbirin təşkil edilməsində əsas məqsəd Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkəmizə yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb edilməsi, eləcə də bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların müzakirəsidir.
Tədbir içməli suların emalı, su təchizatı və tullantı sular üzrə inşaat və qazma texnikası və avadanlığı, su təsərrüfatı obyektlərinin layihələndirilməsi və tikintisi, su təsərrüfatında İnformasiya və kommunikasiya texnologiyaları, suyun duzsuzlaşdırılması texnologiyaları, təbii fəlakətlərə qarşı tətbiq olunan texnologiyalar, laboratoriya avadanlıqları, tullantı və yağış suların axıdılması və emalı sistemləri üzrə bölmələri əhatə edəcəkdir.
Bakı Su Həftəsinə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən rəsmi dəstək göstərilir, təşkilatçısı qismində isə “Caspian Event Oraganisers” şirkəti çıxış edir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı Su Həftəsindən bəhs edərkən bildirib ki, ölkəmizdə belə bir tədbirin təşkili təqdirəlayiq haldır. “İnanıram ki, bu tədbir mütəxəssislərə, hökumət təşkilatlarına və biznes sektoruna bilik və təcrübə mübadiləsi, yeni ideyaları araşdırmaq və su ilə bağlı problemlərin həlli üçün innovativ üsullar tapmaq imkanı yaradacaq. Bakı Su Həftəsi çərçivəsində təşkil olunan konfrans, panel müzakirələri və sessiyalar su ehtiyatlarının idarə edilməsi, su təchizatı və bununla bağlı digər mövzular üzrə problemlərin aradan qaldırılması üçün praktik həllərin işlənib hazırlanması, eləcə də su ehtiyatlarından davamlı istifadə və idarə olunmasının vacibliyi barədə ictimaiyyətin məlumatlılığının artırılmasına kömək edəcəkdir.” Onun sözlərinə görə su təsərrüfatı sahəsində beynəlxalq tədbirin keçirilməsi Azərbaycanda bu sektora yeni texnologiyaların tətbiqinə zəmin yaradacaq, həmçinin yerli və xarici şirkətlər arasında əməkdaşlığın daha da genişlənməsi ilə yadda qalacaq.
“Caspian Event Organisers” şirkətinin Baş direktoru Fərid Məmmədov qeyd edib ki, Bakı Su Həftəsi hazırda ölkəmizlə yanaşı dünyanın bir çox ölkələrində aktual olan geniş spektrli mövzuları əhatə edəcək: “Əminəm ki, Bakı Su Həftəsi bu sahənin inkişafı üçün ölkəmizə yeni texnologiyaların və investisiyaların cəlb edilməsi istiqamətində mühüm platformaya çevriləcək. Bu tədbir müasir innovativ texnologiyaların nümayişi, yerli şirkətlərə beynəlxalq təcrübədən yararlanmaq, xarici şirkətlərə isə öz məhsullarını yeni platformada təqdim etmək və potensial əməkdaşlıqlara imza atmaq imkanı təqdim edir. Xüsusilə vurğulamaq istərdim ki, yeni yaradılmış Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən göstərilən dəstək tədbirin təşkilində böyük rol oynayır və onun yüksək səviyyədə keçməsinə zəmin yaradır.”
Ölkəmizdə etibarlı su təchizatına nail olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu istiqamətdə Prezident İlham Əliyev tərəfindən müəyyən olunmuş təxirəsalınmaz tədbirlər çərçivəsində son illərdə ölkədə çoxsaylı layihələr həyata keçirilmiş, su ehtiyatlarından səmərəli istifadənin və su təsərrüfatı obyektlərinin idarə olunmasının təkmilləşdirilməsi, müasir tələblərə cavab verən meliorasiya və su təsərrüfatı obyektlərinin qurulması üçün ardıcıl işlər görülmüşdür.
Bir müddət öncə isə ölkə başçısı tərəfindən Bakı şəhərinin və ətraf ərazilərin su təminatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi ilə bağlı sərəncam imzalamışdır.
Bu istiqamətdə həyata keçirilmiş işləri nəzərə alaraq, Bakı Su Həftəsi su təhlükəsizliyi, su ehtiyatlarının səmərəli istifadəsi və idarə edilməsi ilə əlaqədar sektorun aparıcı nümayəndələri və müvafiq dövlət strukturları arasında əsas fikir mübadiləsi, eləcə də bu sahədə yeni qabaqcıl texnologiyaların tətbiqi, yeni əməkdaşlıqlar üçün etibarlı platforma rolunu oynayacaqdır.
Xatırladaq ki, Bakı Su Həftəsinin 2024-cü ilin 12-14 mart tarixlərində Bakı Ekspo Mərkəzində keçirilməsi planlaşdırılır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 6 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
2 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
2 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
2 gün əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
2 gün əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
