"Tullantısız Azərbaycan" tədbiri keçirilib
(®) Coca-Cola şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EcoHub” qeyri-kommersiya platformasının birgə əməkdaşlığı ilə "Tullantısız Azərbaycan" adlı tədbir keçirilib.
Tədbirdə Coca-Cola şirkətinin Tullantısız Dünya proqramı çərçivəsində Azərbaycanda plastik tullantıların toplanması və təkrar emalını təşviq edən layihələrin nəticələri təqdim edilmiş, bu istiqamətdə görüləcək yeni təşəbbüslər haqqında məlumat verilmiş və ekoloji layihələrə fəal dəstək olan şirkətlər mükafatlandırılmışdır.
Təqdimat çərçivəsində Coca-Cola şirkətinin Avrasiya ölkələri üzrə İctimaiyyətlə Əlaqələr Direktoru Elşad Fərzəliyev çıxış edərək şirkətin qlobal "Tullantısız Dünya" strategiyasına uyğun olaraq Azərbaycanda icra olunan layihələr barədə məlumat verib və bu layihələrin icrasında səmərəli əməkdaşlıq edən tərəfdaşlara öz təşəkkürünü bildirmişdir:
“Coca-Cola Azərbaycanda tullantıların azaldılması və qabaqcıl beynəlxalq təcrübəyə əsasən idarə olunmasını özünü sosial-ekoloji siyasətinin prioritetlərindən biri kimi görür. Bunun üçün biz həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN), tərəfdaş şirkətlər və ictimai təşkilatlarla geniş əməkdaşlıq edirik. ETSN-lə birgə dəstək olduğumuz “Xəzəri Qoruyaq!”, “Təmiz Ölkəm”, “HoReCa Collection”, “Sıfır Tullantı” kimi bir sıra layihələr nəticəsində Bakı və bölgələrdə plastik tullantıların yığımı və təkrar emalı təşkil edilmiş, əhali arasında geniş maarifləndirmə işi aparılmışdır. Bu istiqamətdə tərəfdaşlığı genişləndirməyin vacib olduğunu hesab edirik və Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “EcoHub” ekoloji platforması ilə yeni layihəyə başlayacğımıza çox şadıq”.
Daha sonra Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev çıxış edərək tullantıların düzgün idarə olunması sahəsində təkrar emal fəaliyyətinin dəstəklənməsinə maraq və diqqət göstərən bütün tərəfdaşlara təşəkkürünü bildirib.
“Ekologiya və Təbii Sərvətlər Nazirliyi tullantıların idarə olunması sahəsində özəl şirkətlərlə mütəmadi olaraq əməkdaşlıq əlaqələrini daim davam etdirir. “Coca-Cola”, “Carlsberg Azərbaycan”, “Unilever” kimi bir sıra aparıcı şirkətlər, eləcə də ADA Universiteti ətraf mühitin mühafizəsi sahəsində görülən tədbirlərdə, ekoloji layihələrdə daim öz dəstəyini göstərib.
Bildiyiniz kimi, Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə görüşündə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti tərəfindən "Ümumi evimiz olan Dünya üçün Sıfır Tullantı üzrə Qlobal öhdəliyə dair Bəyannamə” imzalanıb və bu istiqamətdə artıq işçi qrup yaradılıb, tədbirlər planı layihəsi hazırlanıb. Biz böyük məmnuniyyətlə bu sahədə də sizlərin dəstəyini və əməkdaşlığını görmək istərdik. Ümid edirəm ki, belə bir tədbirin keçirilməsi ətraf mühitin mühafizəsi sahəsində tullantıların idarə olunmasına və təkrar emal sahəsinin inkişaf etdirilməsinə öz töhfəsini verəcək”.
Daha sonra nazir müavini və Coca-Cola Azərbaycanın baş direktoru Rəna Məmmədova ekoloji layihələrdə fəal iştirak və dəstəyinə görə özəl şirkətlərə, dövlət qurumlarına, media nümayəndələrinə mükafatlar təqdim edib.
Mükafatlandırılanlar sırasında PAŞA Bank, Bakcell, Carlsberg Azerbaijan, PAŞA Malls, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi, ADA Universiteti Fondu, “Təmiz Şəhər” ASC, Holcim Group, Norm ASC, AZƏRTAC və AzEkol MMC yer alıb.
Tədbir zamanı "EcoHub" ekoloji platforması tərəfindən 2022-ci il üzrə keçirilmiş layihələrin ümumi hesabatı və yeni layihənin fəaliyyət planı ictimaiyyətə təqdim edilib. Plastik tullantıların azaldılması və təkrar emalının təşviqi məqsədilə iri ticarət mərkəzlərinin parkinq hissələrinə plastik toplama qutularının yerləşdirilməsi, tullantıların çeşidlənərək toplanmasını təşviq edən EkoApp mobil tətbiq haqqında məlumat verildi.
Qeyd edək ki, Coca‑Cola şirkəti Azərbaycanda yaşıllıq zolaqlarının mühafizəsi və bərpası, çimərlik və şəhərdaxili ərazilərin tullantılardan təmizlənməsi, əhalinin təkrar emala təşviqi məqsədilə Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə müxtəlif ekoloji layihələr həyata keçirir.
"EcoHub" ekoloji platforması "Daha yaxşı ətraf mühit, daha yaxşı gələcək” şüarı ilə ekoloji davamlılığı dəstəkləməkdə mühüm rol oynayır. Coca-Cola şirkəti ilə uzun müddətdir ki, əməkdaşlıq edən EcoHub Azərbaycanda müxtəlif ekoloji layihələrdə icraçı tərəfdaş kimi səmərəli fəaliyyət göstərir.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
5 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
7 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
7 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
8 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
8 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
9 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi























