BOKT-ların kredit kartı buraxması mikromaliyyə bazarına necə təsir edəcək?
Azərbaycanda “Bank olmayan kredit təşkilatları haqqında” qanunda edilmiş və bu gündən qüvvəyə minmiş dəyişikliyə əsasən, BOKT-lara kredit kartı buraxmaq səlahiyyəti verilib.
Azərbaycan Mərkəzi Bankı ödəniş hesablarının açılması və aparılması, habelə kredit kartlarının emissiyası qaydasını 6 ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir.
Bəs BOKT-ların kredit kartı buraxması mikromaliyyə bazarına necə təsir edəcək?
"Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva deyir ki, BOKT-lara kredit kartı buraxmaq üçün səlahiyyətin verilməsi onların müştərilərinə birbaşa xidmət göstərməsinə şərait yaradacaq və xərclərini azaldacaq:
“Çünki, BOKT-lara ödənişlər POS-terminallar vasitəsi ilə həyata keçirilir, bu da əlavə xərclərə gətirib çıxarır. İndi isə ödənişlər plastik kart vasitəsi ilə həyata keçiriləcək. İstehlakçılar artıq bankomatlardan istifadə etmək məcburiyyətində olmayacaqlar. Çünki, kart buraxılması imkan yaradacaq ki, BOKT-lara ödəniş terminalları ilə əməkdaşlıq etmək imkanı yaradacaq. BOKT-lar indiyə qədər sadəcə ödənişləri toplayırdısa bundan sonra artıq kreditlərin kart vasitəsi ilə verilməsi və POS-terminallar vasitəsi ilə ödənilməsi mümkün olacaq. Bu da onların xərclərinin optimallaşdırılmasına müsbət təsir göstərəcək, maliyyə xidmətləri göstərən qurumlar arasında rəqabəti artıracaq və xidmətin keyfiyyətini yüksəldəcək. Gənc nəsil indi daha çox mobil əlavələr vasitəsi ilə pul köçürmələri həyata keçirirlər. Orta nəsil isə fiziki olaraq kartlara üstünlük verirlər. Yeni qərar BOKT-ların bölgələrdə maliyyə inklüzivliyinin artmasına da töhvə verəcək”.
İqtisadçı-ekspert Rəşad Həsənov isə bildirir ki, BOKT-lara kredit kartı emissiya etmə səlahiyyətinin verilməsi onlara məhsullarını çeşidləndirmə və artırma imkanı yaratmaqla paralel olaraq gələcəkdə gəlirlərini artırmalarına və kreditləşmə prosesində daha aktiv iştirak etməyə də imkan verəcək:
“Bu qərar müsbətə doğru dəyişikliklə xarakterizə oluna bilər və bazarda rəqabətin artmasına gətirib çıxaracaq. BOKT-ların bugünki imkanları böyük vəsaitləri bu yolla bazara daxil etmə imkanı verməsə də, öz aralarında kiçik dövriyyənin yaradılması, gəlir mənbəyinin formalaşması üçün töhfə verəcək. Burada BOKT-lar kredit kartlarında öz vəsaitlərini yerləşdirdikləri üçün və öz vəsaitlərindən istifadə ilə bağlı vətəndaşlara, istehlakçılara şərait yaratdığı üçün hər hansı bir ciddi risk yoxdur. Bu öz növbəsində BOKT vəsaitlərinin nağdsız şəkildə xərclənməsi üçün bir platformanın tətbiqinə imkan yaradır. Qəbul edilmiş qərar, BOKT-ların məhsullarının çeşidləndirilməsinə və gəlir bazasını genişləndirməyə şərait yaradacaq, nağdsız ödəniş sferasında texnoloji imkanların tətbiqini genişləndirməklə bu vəsaitlərin nağsız ödənişlərin predmetinə çevrilməsinə şərait yaradacaq. İstehlak kreditlərinin bu yolla daha aktiv şəkildə bazarda yerləşdirilməsi BOKT-ların fəaliyyətinin təkmilləşdirilməsinə və növbəti illərdə güclənməsinə qismən də olsa töhvə verə bilər”.
© "Report"
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
3 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
5 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
5 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
6 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
6 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
6 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi



























