“Ödənişli yol vətəndaşlar üçün məcburiyyət yox, seçim imkanıdır"
Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni ödənişli avtomobil yolu vətəndaşlar üçün məcburiyyət yox, seçim imkanıdır.
Bunu açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
“Ödənişsiz yollarda məsafə uzun və sürət həddi aşağı olur. Ödənişli yol isə vətəndaşların gedəcəyi yerə daha tez çatmasını təmin edəcək. İşləkliyi və yükdaşımalarda payı da nəzərə alınarsa, yeni yolun əhəmiyyəti xüsusi vurğulanmalıdır”, - deyə deputat qeyd edib.
V. Bayramov, həmçinin diqqətə çatdırıb ki, yeni avtomobil yolu qeyri-neft sektoru üzrə yükdaşımaların həcminin artmasına, bölgəmizdə turizm inkişafına da töhfə verəcək: “Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 3 milyard ABŞ dollarından çoxdur. Yeni tikilən yol bu ticarət dövriyyəsinin artımında, ərzaq və sənaye məhsullarının daşınmasında mühüm rol oyanacaq”.
Qeyd edək ki, Tarif Şurasının dünənki qərarına görə Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni avtomobil yolu üçün gediş tarifləri ƏDV ilə birgə minik avtomobilləri və kütləsi 3,5 tona qədər olan yük avtonəqliyyat vasitələri üzrə 1 km üçün 9,3 qəpik (bütün yol üçün 12 manat) müəyyən edilib.
Kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri və digər maşın-mexanizmlər üçün tarif isə 1 km üçün 11,6 qəpik (bütün yol üzrə təxminən 15 manat) təşkil edəcək. Avtobuslar üzrə isə bu yolun 1 km-i üçün tarif 7,8 qəpik səviyyəsində (bütün yol üçün 10 manat) müəyyənləşdirilib. Qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri, o cümlədən 3-4 oxlu və ya TIR-ların ödənişli yoldan istifadəsi üçün qiymət 1 km-ə 19,4 qəpikdir (bütün yol üçün 25 manat).
Gediş üçün ödənişin məbləği avtomobil yolunun texniki dərəcəsi, aidiyyəti qurumların apardığı monitorinqlər əsasında nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla müəyyənləşdirilib. Hazırda yolda son tamamlama işləri aparılır.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 13 d. əvvəl
-
17 d. əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 39 d. əvvəl
-
50 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Ryazanda "Yandex"in data-mərkəzinə PUA zərbəsi endirilib
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Rəsmi məzənnələr açıqlandı
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”





























