"Hyundai Motor" şirkəti Səudiyyə Ərəbistanında avtomobil zavodu tikəcək
Ümumi investisiyalar 500 milyon dolları keçəcək.Avtomobil nəhəngi "Hyundai Motor" və Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu (PIF,The Public Investment Fund) Krallıqda avtomobil istehsalı üçün birgə müəssisə yaratmaq barədə razılığa gəliblər.
Marja.az-ın məlumatına görə, bu barədə Cənubi Koreya şirkəti öz saytında məlumat yayıb.
Cəmi sərmayənin 500 milyon dollardan çox olacağı təxmin edilir. Birgə müəssisənin səhmlərinin 30%-i Cənubi Koreya tərəfinə, 70%-i isə fonda məxsus olacaq. Qeyd edilir ki, zavodda avtomatlaşdırma yüksək səviyyədə olacaq. Zavodun tikintisi zamanı “Hyundai” də texnoloji yardım göstərəcək.
"Yonhap" agentliyinin məlumatına görə, bu, Hyundai-ın Yaxın Şərqdəki ilk zavodu olacaq. Zavod Kral Abdullah şəhərində tikiləcək.
Koreya Respublikasının Prezidenti Yun Seok Yeol oktyabrın 21-də dördgünlük dövlət səfəri üçün Səudiyyə Ərəbistanına gəlib. Bir gün əvvəl o, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman Əl Səudla Ər-Riyadda danışıqlar aparıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 14 d. əvvəl
-
18 d. əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 40 d. əvvəl
-
51 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Ryazanda "Yandex"in data-mərkəzinə PUA zərbəsi endirilib
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Rəsmi məzənnələr açıqlandı
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”



























