Jeep və Fiat-ları istehsal edən şirkət Çinin elektromobil istehsalçısında pay aldı, strateji tərəfdaş oldu
"Stellantis" şirkəti 1,5 milyard avro investisiya ilə "Leapmotor"un strateji səhmdarı oldu. Bu əməkdaşlıq "Leapmotor"un qlobal elektrikli avtomobil biznesini gücləndirəcək.Amerikanın "Stellantis" şirkəti (Jeep, Fiat, Chrysler və Peugeot markaları altında avtomobillər istehsal edir) Çinin elektrik avtomobil istehsalçısı "Zhejiang Leapmotor Technologies" şirkətinin səhmlərinin 20%-ni almaq üçün müqavilə bağlayıb.
Marja.az xəbər verir ki, müqavilənin dəyəri 1,5 milyard avrodur.
"Stellantis NV" və "Leapmotor" bu gün planları açıqlayıblar. "Stellantis" şirkəti "Leapmotor"un təxminən 20%-ni almaqla strateji səhmdar olur. Həmçinin müqavilə Çindən kənarda "Leapmotor" məhsullarının ixracı, satışı, eləcə də istehsalı üçün eksklüziv hüquqlara malik olan "Stellantis"in rəhbərliyi ilə ( 51%/49% ) birgə müəssisənin - "Leapmotor International"ın yaradılmasını da nəzərdə tutur.
Honq-Konqdakı "Leapmotor"ın səhmləri 2023-cü ildə təxminən 22% bahalaşıb. Şirkətin bazar dəyəri 42,052 milyard Honq Konq dolları (5,37 milyard dollar) təşkil edib.
Tərəfdaşlığın məqsədi "Leapmotor"un dünyanın ən böyük bazarı olan Çində satışlarını daha da artırmaq, eyni zamanda Avropadan başlayaraq digər regionlarda "Leapmotor" brendinin satışlarını əhəmiyyətli dərəcədə sürətləndirmək üçün "Stellantis"in qurulmuş qlobal kommersiya mövcudluğundan istifadə etməkdir. "Stellantis" də Çinin "Leapmotor" şirkətinin yüksək innovativ elektrik avtomobilləri texnologiyasından istifadə etmək niyyətindədir. Birgə müəssisə tədarüklərə 2024-cü ilin ikinci yarısında başlamağı planlaşdırır.
"Leapmotor" da "Stellantis"in mövcud texnologiyasına çıxışəldə edəcək. "Stellantis" "Leapmotor"un Direktorlar Şurasında iki yerə sahib olacaq və "Leapmotor International" birgə müəssisəsinin baş direktorunu təyin edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
- 14 d. əvvəl
-
18 d. əvvəl
Unicapital mövqeyini gücləndirməyə davam edir: həcmlərdə 3,2 dəfə artım
- 40 d. əvvəl
-
51 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
1 saat əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
1 saat əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Ryazanda "Yandex"in data-mərkəzinə PUA zərbəsi endirilib
İlham Əliyev Türkmənbaşıda Məşvərət görüşündə iştirak edir
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Prezident İlham Əliyev Türkmənistanda işgüzar səfərdədir
Rəsmi məzənnələr açıqlandı
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”


























