Aviasiya təhlükəsizliyinin təmin edilməsinin kateqoriyaları müəyyənləşdiriləcək
Yoxlamaların nəticələrinə əsasən, aviasiya təhlükəsizliyinin təmin edilməsinin uyğunluq səviyyəsi müəyyən ediləcək.
Bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Uyğunluq səviyyəsi aşağıdakı dərəcələr üzrə təsnifləşdirilir:
- Kateqoriya “1” - “Tam uyğundur” - təhlükəsizliyin təmin edilməsi üzrə tətbiq edilən bütün qayda və prosedurlar mülki aviasiyanın təhlükəsizliyinə dair müddəalara tam uyğun olaraq yerinə yetirilir;
- Kateqoriya “2” - “Uyğundur, lakin təkmilləşdirilməsi tövsiyə olunur” - təhlükəsizliyin təmin edilməsi üzrə tətbiq edilən bütün qayda və prosedurların mülki aviasiyanın təhlükəsizliyinə dair müddəalara uyğun yerinə yetirildiyini göstərir. Lakin daha yüksək səmərəliliyə nail olmaq üçün bu qayda və prosedurların yerinə yetirilməsi üsullarında qismən dəyişikliklər edilməlidir;
- Kateqoriya “3” - “Uyğun deyil”- təhlükəsizliyin təmin edilməsi üzrə qayda və prosedurlar müvafiq tələblərə cavab vermir;
- Kateqoriya “4” - “Uyğun deyil, ciddi uyğunsuzluqlar var”- təhlükəsizliyin təmin edilməsi üzrə qayda və prosedurlar müvafiq tələblərə cavab vermir. Yoxlanılan subyektin təhlükəsizlik sisteminə ciddi təsir göstərməsi səbəbindən uyğunsuzluq təcili aradan qaldırılmalıdır;
- Kateqoriya “TO” - “Təsdiq olunmayıb”- təhlükəsizliyin təmini sahəsində tətbiq edilən Qaydalarda istifadə edilən qayda və prosedurların yoxlanılması obyektiv səbəblərdən mümkün olmayıb;
- Kateqoriya “TE” - “Tətbiq edilmir”- təhlükəsizliyin təmin edilməsi sahəsində Qaydalarda istifadə edilən qayda və prosedurlar yoxlanılan subyektlər tərəfindən tətbiq edilmir.
Aviasiya təhlükəsizliyinin təmin edilməsi səviyyəsinin ilkin qiymətləndirilməsi Qrup üzvlərinin açıq səsvermə yolu ilə sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda Qrup rəhbərinin səsi həlledici sayılır. Qrup üzvlərinin bitərəf qalmasına yol verilmir.
Aviasiya təhlükəsizliyinin təmin edilməsi səviyyəsinin qiymətləndirilməsi sistemində konkret kateqoriyalar yoxlamanı keçirən Aviasiya Agentliyi tərəfindən Qrupun hesabatı əsasında müəyyən edilir.
Yoxlama nəticələrindən inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.
Yoxlama nəticələrinə əsasən yoxlanılan subyektlərə 3-4-cü kateqoriya uyğunluq dərəcəsinin verilməsi barədə qərar qəbul edildikdə, həmin yoxlanılan subyektlər nöqsanların aradan qaldırılması üzrə tədbirlər planını hazırlayır. Bu planda hər bir uyğunsuzluğun aradan qaldırılmasının Aviasiya Agentliyi ilə razılaşdırılmış müddəti göstərilir və nöqsanın aradan qaldırılması üzrə tədbirlərin tamamlanmasına dair qeydlər aparılır. Tədbirlər planının surəti hesabatın alındığı tarixdən etibarən 15 (on beş) iş günü müddətində Aviasiya Agentliyinə təqdim edilməlidir.
Yoxlamaların nəticələrinə əsasən aşkar edilmiş uyğunsuzluqların dairəsindən asılı olaraq düzəliş tədbirləri aşağıdakılardan ibarətdir:
- təcili düzəliş tədbirləri: yoxlamaları aparan şəxslərin bilavasitə uyğunsuzluqları aşkar etdikləri andan icrasına başlanılması tələb edilən tədbirlər;
- müəyyən müddət tələb edən düzəliş tədbirləri: aşkar edilmiş hər bir nöqsanın Aviasiya Agentliyi ilə razılaşdırılmış müddət ərzində aradan qaldırılması tələb olunan tədbirlər. Bu nöqsanların müəyyən edilmiş müddət ərzində aradan qaldırılması mümkün olmadıqda, yoxlanılan subyektlər tərəfindən alternativ təhlükəsizlik tədbirləri görülür.
Yoxlanılan subyektlər tərəfindən hazırlanan düzəliş tədbirləri planında aşağıdakılar qeyd olunmalıdır:
- aşkar edilmiş nöqsanların siyahısı;
- Dövlət Proqramına və Qaydalara uyğunluğa nail olmaq üçün tətbiq edilən düzəliş tədbirlərinin müfəssəl təsviri;
- aradan qaldırılması mümkün olmayan nöqsanların siyahısı;
- yoxlanılan subyektlərin məsul mütəxəssislərinin rəyinə əsasən maliyyə və təşkilati səbəblərdən aradan qaldırılması mümkün olmayan nöqsanların düzəliş tədbirləri tələb edən siyahıya daxil edilməməsini əsaslandıran dəlillər;
- düzəliş tədbirlərinin yerinə yetirilməsinə görə məsuliyyət daşıyan struktur bölmələr və məsul şəxslər;
- aradan qaldırılması mümkün olan nöqsanların aradan qaldırılmasının konkret müddəti və üsulu.
Yoxlanılan subyektlər tərəfindən planlaşdırılan düzəliş tədbirlərində aviasiya personalına qarşı intizam tədbirlərinin nəzərdə tutulması qadağandır.
Aparılan monitorinq əsasında Aviasiya Agentliyi aşkar edilmiş nöqsanların yoxlanılan subyektlər tərəfindən aradan qaldırılması üzrə əsaslandırılmamış müddəti azaltmaq hüququna malikdir.
Düzəliş tədbirləri planı razılaşdırıldıqdan sonra Aviasiya Agentliyi tərəfindən yoxlanılan subyektlərdə təkrar yoxlamanın müddəti müəyyən edilir.
Təkrar yoxlama zamanı əvvəl müəyyən edilmiş nöqsanların aradan qaldırılması təsdiq edildikdə, qeyd edilən uyğunsuzluqlar aradan qaldırılmış hesab edilir.
Aviasiya Agentliyi yoxlanılan subyektlər tərəfindən planlaşdırılan düzəliş tədbirləri həyata keçirilmədikdə, habelə yoxlamaların aparılması zamanı nöqsanlar aşkar etdiyi hallarda, yoxlanılan subyektlərdən düzəliş tədbirlərinin həyata keçirilməsini tələb etmək hüququna malikdir.
Aparılmış yoxlamaların nəticələrinə dair tədbirlər Qaydaların tələbləri nəzərə alınmaqla həyata keçirilir.
Müştərilərin xəbərləri
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
5 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
5 gün sonra
Ağ Şəhərdə 130 mənzillik yeni yaşayış binası: 30% ilkin ödəniş, 36 ayadək faizsiz kredit
-
-
4 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
7 d. əvvəl
Oktyabrın 10-da gözlənilən hava şəraiti - İNTENSİV VƏ GÜCLÜ YAĞIŞ
- 20 d. əvvəl
- 22 d. əvvəl
-
23 d. əvvəl
Ukrayna "Yandex"in daha bir data mərkəzinə PUA zərbəsi endirib
- 40 d. əvvəl
- 42 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Valyuta ehtiyatlarının illik artım tempi kəskin zəiflədi
Ölkə üzrə orta əməkhaqqı açıqlandı
Azərbaycanda inflyasiya göstəricisi açıqlandı
Ən çox oxunanlar
Azad edilmiş ərazilərdə biznes üçün güzəştlər genişləndirildi- Daha 7 sahə vergi və gömrük güzəştlərindən yararlanacaq
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Azərbaycan iqtisadiyyatının 9 aylıq nəticələri açıqlandı – Hansı sahələr böyüyüb, hansılar kiçilib?
Prime Cotton-dan “Made in Azerbaijan” məhsullarının beynəlxalq tanıtımına növbəti addım
Dövlət büdcəsində 4 milyard manata yaxın artıqlıq yaranıb
3 günlük böyük endirim başladı - Yeni qiymətlər ®























