Noyabrın 4-də qatarlar adi iş günü rejimində hərəkət edəcək
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, 4 noyabr şənbə günü olsa da, iş günü hesab olunacaq. Bu səbəbdən sərnişinlərin Bakı metropolitenindən istifadə rahatlığını təmin etmək məqsədilə, noyabrın 4-də Bakı metropoliteninin iş rejimi adi iş günlərinə uyğun təşkil ediləcək.
Bütün infrastruktur, o cümlədən qatarların, eskalatorların, digər qurğu və avadanlıqların, eləcə də sərnişinə xidmət sahəsinin iş rejimi iş günlərinin maksimal tələblərinə uyğun qurulacaq.
Metropolitendə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər müəyyən edildiyindən hərəkət cədvəli bu parametrlərə uyğun təmin ediləcək. Həmin müddətdə "Həzi Aslanov-28 May" istiqamətində və əksinə olmaqla qatarlar arasında minimum interval 2 dəqiqə təşkil edəcək.
Eyni zamanda iş günü olsa da, texniki cəhətdən bu gün üçün mümkün olan ən optimal hərəkət qrafiki tətbiq edilən gur saatlar istisna olmaqla, günün qalan saatlarında sərnişin axını istqamətləri nəzərdə saxlanılaraq, ehtiyat qatarların operativ qaydada xəttə verilməsinə diqqət yetiriləcək.
Qeyd edilənlərə əsasən, “Bakmil” stansiyası istiqamətində və əksinə hərəkət edən sərnişinlərdən iş günlərinin hərəkət cədvəlini əsas götürmələri xahiş olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
6 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
42 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
46 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 48 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
2 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı




























