"Böyüyən Bakı üçün metronun inkişafı olmadan nəqliyyat problemlərinin həlli çətin olacaq"
“Həzi Aslanov” stansiyasında işlər mərhələli şəkildə aparılacaq. Birinci mərhələdə stansiyanın sərnişinlər üçün bağlanması gündəmdə deyil. Lakin qatarların hərəkət qrafiki dəyişdiriləcək. “Həzi Aslanov və “Əhmədli” stansiyaları arasında məkik, yəni “Cəfər Cabbarlı-Xətai” sahəsində olduğu kimi hərəkət təşkil ediləcək. Stansiyanın bağlanması yalnız onun platforma səviyyəsi və digər infrastrukturunun təmiri zamanı ola bilər."
Marja.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov "Uzun müddətdir ki, metronun “Həzi Aslanov” stansiyasının ətrafı çəpərlənib, həmin ərazidə işlərin nə zaman yekunlaşdırılması nəzərdə tutulur və bu proses ərzində stansiya bağlanacaqmı?" sualna cavab verərkən bildirib.
Hidayət Məmmədov qeyd edib ki, 2023-cü ildə ikinci deponun inşasının birinci mərhələsi başa çatdırılıb, sayca 27-ci metrostaniyamız olan “Xocasən” stansiyası sərnişinlərin istifadəsinə verilib:
"Bu işlərin davamlı və sürətli aparılması üçün əlimizdən gələni edirik. Lakin hələlik tikinti baxımından yalnız şərti adı “B-04” stansiyasında işlər gedir. Qazma işləri başa çatdırılıb. 2024-cü ildə üzlüklərin vurulması, texniki avadanlıqların sifarişlər əsasında davamlı gətirilməsi və infrastrukturun qurulması kimi məsələlər həllini tapacaq. 2024-cü ilin sonuna əsas işlər tamamlanacaq və sınaq xarakterli tədbirlərə başlanılacaq. Yaxın illərdə, dövrlərdə bu istiqamətdə əməli tədbirlər, nəticələri görəcəksiniz. Çünki böyüyən Bakı üçün metronun inkişafı olmadan nəqliyyat problemlərinin həlli çətin olacaq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
43 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
47 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 49 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
2 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı





























