“Bakı Metropoliteni”nin vaqonlar aldığı şirkətdə problemlər yaranıb
"Rusiya bazarı ilə yanaşı, digər bazarlarda da araşdırmalar aparırıq. Gələn il planlarımızı həyata keçirməyə başlayacağıq".Hər il “Bakı Metropoliteni” üçün yeni metro vaqonları alınır, növbəti il üçün hədəf nədir və hansı ölkələrdən yeni vaqonların alınması nəzərdə tutulur?
“Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildibib:
"Bizi uzun illərdir Rusiyanın “Metrovaqonmaş” zavodu ilə əməkdaşlıq edirik. Vaqonları almaqla, əlbəttə ki, iş bitmir, bu qatarların təmiri, ehtiyat hissələri və digər vacib məsələlər də var. Bizim depomuzda da kifayət qədər əməli işlər də görülüb. Yeni vaqonların alınması üçün Rusiya bazarı ilə yanaşı, digər bazarlarda da araşdırmalar aparırıq. Bildiyiniz kimi, baş verən hadisələr əməkdaşlıq etdiyimiz şirkətdə də müəyyən problemlər yaradıb, amma biz də planlarımızın tam şəkildə reallaşması üçün işlərimizi buna müvafiq olaraq aparırıq. Sadəcə, birdən-birə metropolitenin vaqon parkını yeniləmək, yaxud operatoru dəyişmək olmur. Çünki hər istehsalçının öz sistemi, özünəməxsus texniki xüsusiyyətləri var. Onları uzlaşdırmaq, onların təmiri və qulluğunun da spesifik maddi-texniki bazası var, kadr potensialı da buna hazır olmalıdır. Sadaladıqlarıma nəzər salsanız, bunun elə də asan məsələ olmadığı aydınlaşar. Bununla belə gələn il planlarımızı həyata keçirməyə başlayacağıq".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
6 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
42 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
46 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 48 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
2 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı





























