Ələt Azad İqtisadi Zonasında karqo terminalları yaradılacaq
Ələt Azad İqtisadi Zonasında karqo terminallarının yaradılması barədə məsələ investorlarla razılaşdırılıb.
Bunu Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən "Dayanıqlı maliyyə və investisiya" mövzusunda II Bakı Forumunda bildirib.
Onun sözlərinə görə, artıq bu istiqamətdə layihələrin icrasına başlanılıb: "Karqo terminallarının 2026-cı ildən işə düşəcəyi gözlənilir. Bu terminallarla ilkin mərhələdə ildə 500 min ton yük daşınacaq və gələcəkdə bu həcm təxminən 1,5 milyon tona çatdırılacaq. İnvestorların sayını nəzərə alaraq Ələt Azad İqtisadi Zonasında 138 hektarlıq ərazidə tikinti işləri də aparmağa hazırıq".
"Ələt Azad İqtisadi Zonası bütün təklifləri nəzərdən keçirməyə hazıdır, amma o investorlara üstünlük veriləcək ki, onlar ixrac əsaslı istehsalata diqqət yönəltsinlər və beynəxalq ticarət xidmətləri, innovativ texnologiyalar tətbiq etsinlər. Onların istehsal etdiyi malların azı 75 %-i ixrac edilməlidir. Bunun məqsədi kiçik müəssisələrin yerli bazara konsentrasiyasının qarşısını almaqdır", - V.Ələsgərov əlavə edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
43 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
47 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 49 d. əvvəl
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
2 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı



























