“Azərbaycanda az tullantılı elektrik nəqliyyatına keçid” layihə sənədinin hazırlanması ilə əlaqədar görüş keçirilib
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyində BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə əməkdaşlıq çərçivəsində “Azərbaycanda az tullantılı elektrik nəqliyyatına keçid” layihə sənədinin hazırlanması ilə əlaqədar olaraq UNEP və “REC Caucasus” beynəlxalq məsləhətçi şirkətin nümayəndələri ilə görüş keçirilib.
Marja.az Agentliyə istinadən xəbər verir ki, görüşdə “Elektromobillik üzrə Milli Plan”ın hazırlanması layihəsi ilə UNEP tərəfindən həyata keçirilən layihə ilə əlaqədar məsələlər barəsində qarşı tərəflə müzakirələr aparılıb. Azərbaycanda yaşıl enerjinin şəbəkədə payının artırılması istiqamətində Energetika Nazirliyi tərəfindən görülmüş işlər haqqında məlumatlar verilib. “Azərbaycanda az tullantılı elektrik nəqliyyatına keçid” layihəsinin 2024-2025-ci il ərzində başa çatdırılmasının planlaşdırıldığı bildirilib.
Qarşı tərəf Milli Planın hazırlanması üzrə görüləcək tədbirlərin UNEP tərəfindən həyata keçirilən layihəyə müstəsna töhfə verəcəyini qeyd edib.
Görüşdə Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrası çərçivəsində “Elektromobillik üzrə Milli Planın hazırlanması” ilə əlaqədar Energetika Nazirliyinin müvafiq əmri yaradılmış İşçi qrupun üzvləri iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
44 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
48 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 50 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
2 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı































