Azərbaycan aviaşirkəti 2 "Boeing" yük təyyarəsi alıb
Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olan "Silk Way West Airlines" iki "Boeing 777F" yük təyyarəsinin əlavə edilməsi ilə donanmasının əhəmiyyətli dərəcədə artdığını elan edir.
Şirkətin yaydığı məlumatda bildirilir ki, ikimühərrikli təyyarələr "Silk Way West Airlines"in yükləri sürətli və etibarlı çatdırması qabiliyyətini artıracaq.
"Təyyarə parkının genişlənməsi həm də yükdaşıma qabiliyyətinin əhəmiyyətli dərəcədə artması deməkdir ki, bu da daşıyıcıya e-ticarət, əczaçılıq və istehsal daxil olmaqla müxtəlif sənaye sahələrində müştərilərinin artan ehtiyaclarını ödəməyə imkan verir. Yeni əlavələrlə aviaşirkət əsas hava yükdaşımaları bazarları arasında geniş əhatə dairəsi və səmərəli əlaqələri təmin edərək aparıcı qlobal hava yükdaşıyıcılarından biri kimi mövqeyini daha da gücləndirir".
"Silk Way West Airlines"ın prezidenti Volfqanq Mayer belə deyir: "Ekoloji cəhətdən təmiz təyyarələrin donanmamıza əlavə edilməsi ilə biz hava yük daşımalarında yeni standartlara keçid edirik. Bu genişlənmə dünya səviyyəli yükdaşıma xidmətlərini təmin etmək öhdəliyimizdə əsas addımdır, çünki davamlılıq və səmərəliliyə diqqət yetirməklə müştərilərimizin inkişaf edən ehtiyaclarını ödəmək məqsədimizi əks etdirir".
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 14 müasir "Boeing 777F", "Boeing 747-8F" və "747-400F" yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən "Silk Way West Airlines" 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün "Boeing" ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir "777-8F" yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqavilə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə "Airbus" ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
13 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
14 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
14 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 15 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi












.webp)









