“Azərlotereya” KSM və sponsorluq fəaliyyətinin hesabatını açıqladı
(®) Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC hər zaman cəmiyyətin inkişafına hesablanan sosial yönümlü layihələrə xüsusi önəm verir. Şirkət ötən il də Korporotiv Sosial Məsuliyyət (KSM) çərçivəsində ölkə əhəmiyyətli tədbirlərin təşkilinə dəstək verməklə yanaşı, maraqlı layihələrə imza atması ilə seçilib.
“Azərlotereya” “Əmanətə Sədaqət” layihəsi üzrə Azərbaycan və Türkiyənin universitetlərində təhsil alan bütün şəhid ailə üzvlərinin təhsil və yaşayış xərclərini qarşılamaq başda olmaqla, bir çox sosial layihələri həyata keçirir.
Şirkət Qarabağ Dirçəliş Fondu ilə birgə “Hər şey Qarabağ üçün” layihəsinə start verib. Layihə çərçivəsində “Azərlotereya”nın tirajlı lotereya biletlərinin satışından əldə edilən vəsaitin bir hissəsi Qarabağ Dirçəliş Fonduna ianə edilir.
Fəaliyyətində hər zaman idmanın inkişafı yönündə dövlətin prioritet siyasətinə dəstək göstərən “Azərlotereya”nın “Misli” brendi hazırda Azərbaycan Premyer Liqasının baş sponsorudur. Şirkətin bu addımı ölkədə futbolun inkişafına böyük töhfə verir.
Bu yolda görülən işlərdən biri də “Azərlotereya” ilə “Sabah” futbol və basketbol, eləcə də “Mingəçevir” Futbol Klubu arasında imzalanmış sponsorluq müqaviləsidir. Məqsəd idmanda kütləviliyin təmin edilməsi, gənc idmançıların yetişməsi, futbol və basketbol yarışları vasitəsi ilə sosial məsuliyyətin təbliği, azarkeş mədəniyyətinin formalaşmasına dəstək olmaqdır.
“Azərlotereya” sağlam həyat tərzinin təşviqində də fəal iştirak edir. Bu timsalda şirkət “Bakı Marafonu”nun tərəfdaşı olub. Marafonda 20 minədək iştirakçı yarışıb.
“Azərlotereya”nın KSM fəaliyyətinin əsas istiqamətlərindən biri də ekologiya və ətraf mühitin mühafizəsidir. Şirkət ətraf mühitin mühafizəsinə töhfə vermək məqsədilə “Gələcəyə yaşıl miras” devizi ilə ağacəkmə aksiyasına qoşulub. Həmçinin nazirliyin “Yaşıl Gələcək” adlı ağacəkmə layihəsinə qoşularaq çox sayda ağacın əkimi üçün ianə edib.
Təhsil sahəsinə xüsusi önəm verən “Azərlotereya” bu istiqamətdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə əməkdaşlıq memorandumu imzalayıb. Fərqli sahələr üzrə tədrisə dair müxtəlif dillərdə kitabların alınmasını həyata keçirərək UNEC kitabxanasına böyük töhfə verib.
Həmçinin “Azərlotereya” “Heydər Əliyev ili” çərçivəsində elm və təhsilin inkişafına dəstək məqsədilə yerli universitetlərə qəbul imtahanında öz qrupları üzrə ən yüksək bal toplamış tələbələrdən 11 nəfəri xüsusi təqaüdlə təmin edib.
Şirkət elm və təhsilin tərəqqisinə töhfə vermək, onların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə intellektual oyunlar üzrə ölkənin ən yaxşılarının yarışdığı Peşəkar İntellekt Liqasına da dəstək olub.
Ölkəmizdə startap ekosisteminin inkişafına dəstək göstərmək adına "Azərlotereya"nın ASAN İnnovasiyalar Mərkəzi ilə əməkdaşlığı çərçivəsində “Brain Game” intellektual oyun hakatonu keçirilib.
Sadalanan işlərin fonunda “Azərlotereya” digər sahələr üzrə də hər zaman aktivlik göstərərək müxtəlif böyük tədbirlərdə sponsor kimi çıxış edib. Şirkət bundan sonra da dövlətimizin tərəqqisində önəmli rol oynayan KSM və dayanıqlı inkişaf üzrə önəmli mövzulara dair yeni təşəbbüslərdə iştiraka davam edəcək.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
4 d. əvvəl
Aqrar qanunvericilikdə ilk dəfə iqlim dəyişikliklərinin təsirinin azaldılması tənzimlənir
- 10 d. əvvəl
- 16 d. əvvəl
-
28 d. əvvəl
“e-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla Böyük Britaniya arasında Anlaşma - Birgə İşçi Qrupu yaradılacaq
-
2 saat əvvəl
ABŞ gələn il üçün Azərbaycanda neft hasilatı üzrə proqnozunu artırıb
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
İraqda böyük devalvasiya – dinar 13% ucuzlaşdırıldı
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Rusiyada taun şübhəsi: laboratoriya əməkdaşının ölümü araşdırılır
“Vitol”un rəhbərindən Qərbdə neft ehtiyatları ilə bağlı xəbərdarlıq
ABŞ-da gözləniləndən böyük ticarət kəsiri
Uber 2,3 milyard dollara keytrinq biznesinə daxil olur
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub























