"Premium Bank" yeni peşəkar komandasını formalaşdırır
Hazırda "Premium Bank ASC yeni peşəkar komandasını formalaşdırır.
Marja.az xəbər verir ki, bunu Bankın İdarə Heyətinin Sədri Kamil Lətifov bildirib.
Kamil Lətifov qeyd edib ki, "Premium Bank" öz siyasətində kadr potensialına xüsusi önəm verir. Bank olaraq daim yeni, savadlı və bacarıqlı kadrları cəlb edir. Həmçinin əməkdaşların yeni biliklərə və təcrübələrə yiyələnməsi üçün onlara daim investisiyalar edir.
"Bununla da, Premium Bank olaraq ölkəmizdə məşğulluq səviyyəsinin yüksəldilməsinə və sosial rifaha öz töhfəmizi veririk. Bank 2024-cü ildə öz Təşkilatı Strukturuna dəyişikliklər etmişdir. Yeni struktur korporativ idarəetmədə maksimum çevikliyə və qərar qəbuletmə prosesində səmərəliliyə nail olmağa imkan yaradacaqdır. O cümlədən, bankın hal-hazırda davam edən kadr siyasəti, o cümlədən yeni peşəkar komandaların formalaşdırılması qarşıya qoyulan hədəflərə çatmaqda əvəzsiz rol oynayır", - Sədr əlavə edib.
Xəbər verdiyimiz kimi, “Premium Bank” ASC strategiyasının yenilədiyini bildirib. Strategiyanı yeniləməkdə əsas məqsəd bankın gələcək hədəflərini müəyyənləşdirmək və bu hədəflərə çatmaq üçün zəruri addımları atmaqdır.
Müştərilərin xəbərləri
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
6 gün sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Maliyyə Nazirliyinin hərraclarının əksəriyyəti baş tutmur – səbəbi açıqlanıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dollar alışında ailə üzvlərinə məhdudiyyət var? – Taleh Kazımov üçün SÜRPRİZ
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
-
2 saat əvvəl
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
-
2 saat əvvəl
İndoneziyalı investorların diqqəti Daşkəsən dəmir filizi layihəsindədir
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
Valyuta hərraclarında nə qədər dollar satıldığı açıqlanıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb
Ən çox oxunanlar
İlham Əliyev Türkiyədəki Zirvə görüşündə iştirak edə bilməyəcək
Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama
Azərbaycan və Gürcüstan arasında yeni iqtisadi razılaşma imzalanacaq
“BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil”


























