Bakı-Yalama istiqamətində dəmir yollarının yenidən qurulması gələn il başa çatdırılacaq
Dünya standartlarına uyğunlaşmamız və qatalarımızın müasirləşdirilməsi üçün işlər görürük. “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) İsveçrənin “Stadler Rail Group” şirkəti ilə imzalanmış müqaviləyə əsasən alınmış FLIRT tipli 10 müasir qatardan dördü artıq ölkəmizdədir və test mərhələsini tamamlayıb.
Bunu jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov deyib.
Onun sözlərinə görə, sərnişindaşımada rəqəmsallaşmaya da böyük önəm verilir.
“Son dövrlərdə ADY-də keçirilən islahatlar nəticəsində sərnişindaşıma xidmətində yüksək artım tempi müşahidə olunur. Dəmir yolu infrastrukturun müasirləşdirilməsi xüsusi proqram üzrə həyata keçirilir. Prosesin bir il ərzində yekunlaşdırılması mümkün deyil. Bakı-Astara istiqamətində xüsusi plan üzərindən işlər aparılır, növbəti ildən bu yolda layihələndirmə və tikinti işlərinin başlanması hədəflənir. Hazırda Bakı-Yalama istiqamətində dəmir yolları yenidən qurulur. Növbəti ilin birinci yarım ilində işlərin başa çatdırılması planlaşdırılır”, - deyə ADY sədri bildirib.
© Azərt
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
7 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
7 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
7 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
7 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
9 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib


























