Artan rəqabət Tesla-ya çətinlik yaradıb - satışları ardıcıl 2 rüb azalıb
Tesla satışları ardıcıl 2 rübdə azalıb. Bu, şirkətin tarixində ilk dəfədir ki, satışlar iki rüb ardıcıl olaraq əvvəlki ilə nisbətən azalır.ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın ilin ikinci rübündə satışı təxminən 444 min avtomobil təşkil edib ki, bu da bir il əvvəllə müqayisədə təxminən 5% azdır. Marja xəbər verir ki, bu, şirkətin birinci rübdə gördüyü 8,5% azalmadan aşağıdır. Lakin Tesla və sədri İlon Maskı dünyanın ən varlı adamlarından birinə çevirən səhminin qiyməti artan avtomobil satışları tarixi üzərində qurulub.
Tesla ötən ilin eyni dövründə 466 min 140 avtomobil satmışdı.
Satışların azalması elektrik avtomobilləri bazarında artan rəqabəti nümayiş etdirir. Teslanın satışı azalsa da, elektrikli avtomobillər bazarında ümumi satışlar artmaqda davam edib.
Teslanın satışı bəzi analitiklərin 436 min ədəd satış proqnozundan yüksək olub. Bu rəqəm, sırf elektriklə işləyən avtomobillərin qlobal satışında lider mövqeyini saxlamaq üçün Çinin avtomobil istehsalçısı BYD-ni məğlub etmək kifayət idi.
Bazar ertəsi BYD, 426 min elektrik avtomobili satdığını açıqlayıb. Bu, bir il əvvəllə müqayisədə 21% çoxdur, çünki BYD Tesla-dakı boşluğu aradan qaldırmağa davam edir. Dördüncü rübdə BYD qlobal satışlarda Tesla-nı qısa müddətə geridə qoymuşdu.
Lakin proqnozdan daha yaxşı Tesla satışları Tesla (TSLA) səhmlərinin 10% bahalaşmasına səbəb olub. Lakin Tesla səhmlərinin qiyməti hələ də illik müqayisədə 8% aşağıdır.
Tesla artıq bir ildən çoxdur ki, Çində BYD, eləcə də Avropada Volkswagen, General Motors və Ford kimi elektrikli avtomobil istehsalına keçən tanınmış avtomobil istehsalçılarının artan rəqabəti fonunda qiymətləri davamlı şəkildə endirir. Bu qiymət endirimləri satışları dəstəkləməyə kömək edib, lakin mənfəət marjasını azaldıb. Tesla çərşənbə axşamı elan edib ki, ikinci rübün maliyyə nəticələrini iyulun 23-də açıqlayacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
9 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
9 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
10 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 11 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi











.webp)









