Azərbaycan aviaşirkətinin gəliri və xalis mənfəəti kəskin azalıb
Ötən il Azərbaycanın "Silk Vey Vest Aviaşirkəti" 2 milyard manat gəlir, 82 milyon manat xalis mənfəət əldə edib."Silk Vey Vest Aviaşirkəti" MMC 2023-cü ili 82 milyon 54 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 939 milyon 878 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Silk Vey Vest Aviaşirkəti"nin xalis mənfəəti 91,3% (11,5 dəfə) azalıb. Xalis mənfəətin azalması aviaşirkətin gəlirinin kəskin azalması ilə əlaqədardır.
Marja.az maliyyə hesabatlarına istinadən xəbər verir ki, "Silk Vey Vest Aviaşirkəti"nin əsas əməliyyat gəliri 2022-ci ildə 3 milyard 225 miylon 6 min manat ikən, 2023-cü ildə 1 milyard 913, milyon 124 min manata düşüb (1 milyard 311 milyon 882 min manat və ya 40,7% azalıb).
Ötən il "Silk Vey Vest Aviaşirkəti"ni digər gəlirlər daxil cəmi gəlirləri 2 milyard 16 milyon 366 min manat olub.
31 dekabr 2023-cü il tarixində "Silk Vey Vest Aviaşirkəti" 3 milyard 40 milyon manat cəmi aktivlərə malik olub. Şirkət 2022-ci ilin sonunda 2 milyard 680 milyon manat cəmi aktivlərə malik idi.
"Silk Way West Airlines" (Silk Vey Vest Aviaşirkəti) baş ofisi və əsas əməliyyat bazası Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən Azərbaycan hava yükdaşımaları şirkəti.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
6 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
6 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
6 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
6 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
9 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib


























