"Bank VTB (Azərbaycan)" böyüyüb, gəlirləri artıb - MALİYYƏ VƏZİYYƏTİ
Rusiya kapitallı "Bank VTB (Azərbaycan)" ASC 2024-cü ilin birinci yarısını (yanvar-iyun) 4 milyon 720 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin eyni dövrünü 5 milyon 747 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəəti azalması mümün zərərlər üçün yaradılan ehtiyatdan qayıdan vəsaitin bu il daha az olması ilə əlaqədardır. Cari hesabat dövründə "Bank VTB Azərbaycan" böyüyüb, gəlirləri artıb.
Marja.az xəbər verir ki, "Bank VTB (Azərbaycan)"ın faiz gəlirləri 2023-cü ilin ilk 6 ayında 13 milyon 462 min manat ikən, 2024-cü ilin ilk 6 ayında 15 milyon 95 min manata yüksəlib (1 milyon 633 min manat və ya 12,1% artıb).
"Bank VTB (Azərbaycan)" qeyri-faiz gəlirləri isə 1,9 dəfə və ya 2 milyon 900 min manat artaraq 6 milyon 62 min manat təşkil edib. Bank ötən ilin ilk yarısında 3 milyon 162 min manat qeyri-faiz gəlirləri əldə etmişdi.
2024-cü ilin ilk 6 ayında "Bank VTB (Azərbaycan)"ın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlət) 26 milyon 493 min manat və ya 14,2% artaraq 213 milyon 613 min manata çatıb. Bank ötən ilin sonunda 187 milyon 120 min manat kredit portfelinə malik idi.
İlk 6 ayda "Bank VTB (Azərbaycan)"da depozitlər 21 milyon 33 min manat və ya 23,5% artaraq artaraq 110 milyon 384 min manata yüksəlib.
İlk yarımildə "Bank VTB (Azərbaycan)"ın cəmi aktivləri 39 milyon 598 min manat və ya 15,8% artaraq 30 iyun 2024-cü il tarixində 289 milyon 498 min manat təşkil edib. 31 dekabr 2023-cü il tarixində Bankın cəmi aktivləri 249 milyon 900 min manata çatmışdı.
Qeyd edək ki, "Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarları “Bank VTB” İSC (Rusiya Federasiyası) 99.99% və Adıgözәl Ağayevdir 0.01%-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
8 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
44 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
48 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 50 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
2 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı




























