"PAŞA Bank"ın xalis mənfəəti artıb
"PAŞA Bank" ASC 2024-cü ilin 1-ci yarısını (yanvar-iyun) 119 milyon 60 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 97 milyon 106 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, "PAŞA Bank" ASC-nin xalis mənfəəti 2024-cü ilin ilk 6 ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə 21 milyon 954 min manat və ya 22,6% artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, 2024-cü ilin ilk 6 ayı ərzində "PAŞA Bank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 80 milyon 400 min manat və ya 27% artaraq 377 milyon 760 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 64 milyon 766 min manat və ya 37,3 % artaraq 238 milyon 594 min manat təşkil edib. Gəlirlər xərclərdən daha çox artdığı üçün Bankın əməliyyat mənfəəti 15 milyon 634 min manat artaraq 139 milyon 166 min manata yüksəlib (2023-cü ilin ilk 6 ayında 123 milyon 532 min manat).
Həmçinin, ilk 6 ayda mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olan 10 milyon 80 min manat mənfəətə əlavə edilib. 2023-cü ilin eyni dövründə "PAŞA Bank" əməliyyat mənfəətindən 5 milyon 486 min manat ehtiyata ayırmışdı.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
2024-cü ilin yanvar-iyun dövründə "PAŞA Bank"ın cəmi aktivləri 178 milyon 440 min manat və ya 2% azalaraq 8 milyard 472 milyon 931 min manata düşüb. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 251 milyon 458 min manat və ya 8,9% artaraq 3 milyard 86 milyon 901 min manata yüksəlib. O cümlədən, istehlak kreditləri portfeli 3 milyon 70 min manat artaraq 88 milyon 745 min manata, biznes kreditləri portfeli 231 milyon 753 min manat artaraq 2 milyard 826 milyon 77 min manata, ipoteka kreditləri portfeli 16 milyon 634 min manat artaraq 172 milyon 79 min manata çatıb.
2024-cü ilin ilk 6 ayı ərzində "PAŞA Bank" da cəmi depozitlər 396 milyon 798 min manat və ya 5,7% azalaraq 6 milyard 538 milyon 377 min manata düşüb. Bankda fiziki şəxslərin depozitləri 165 milyon 377 min manat artaraq 1 milyard 799 milyon 308 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 562 milyon 175 min manat azalaraq 4 milyard 739 milyon 69 min manata düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
6 d. əvvəl
Aqrar biznesə dəstək: “PAŞA Sığorta” 280 000 manata yaxın zərəri ödədi
-
42 d. əvvəl
“Azərpoçt” İçərişəhərdə yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib
-
46 d. əvvəl
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
- 48 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Husilər Ər-Riyad hava limanını ballistik raketlə vurduqlarını iddia ediblər
-
2 saat əvvəl
Arthur Hayes: Süni intellekt bumuna trilyonlarla dollar “boşuna xərclənir”
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Tramp Rusiyadakı müəmmalı ölümə münasibət bildirdi: “Bioloji silah olduğunu düşünmürük”
FED bu il faizləri yenidən artıra bilər – protokollar açıqlandı




























