AZAL-da reyslərin yüklənmə əmsalı 80 %-ə çatıb
AZAL aviaşirkətinin sərnişin dövriyyəsi 2022-ci illə müqayisədə 2023-cü ildə 30 % artaraq rekord həddə – 2,9 milyon nəfərə çatıb. Beynəlxalq reyslərdə xüsusilə əhəmiyyətli artım müşahidə olunub, sərnişinlərin ümumi sayı 46 % artaraq 2,2 milyon təşkil edib.
Bunu “Azərbaycan Hava Yolları” aviaşirkətinin (AZAL) Baş Kommersiya İnzibatçısı Cəmil Manizadə bildirib.
Onun sözlərinə görə, 2024-cü ilin ilk 6 ayında reyslərin yüklənmə əmsalı 80 %-ə çatıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.
"Eyni zamanda, qeyd etdiyim kimi, aviabiletin orta qiyməti ötən illə müqayisədə 18 % azalıb. 2024-cü ilin birinci yarımilliyində AZAL-ın satışa çıxardığı sərnişin oturacaqlarının ümumi həcmi ötən illə müqayisədə təxminən 50 % çox olub".
Cəmil Manizadə əlavə edib ki, sərnişinlərə daha münasib uçuşların təqdim olunması istiqamətində müvafiq tədbirlər görülüb:
"Aşağıbüdcəli aviaşirkətlər ilə klassik şirkətlər arasındakı fərq sürətlə azalır, bu, müasir tendensiyadır. Demək olar ki, AZAL-ın bütün reyslərində ödənişsiz baqaj xidməti təqdim edilmədən və biletin qaytarılması və yenidən təxsis edilməsi ilə bağlı ciddi şərtlər irəli sürülməklə xüsusi büdcə tarifi tətbiq edilib ki, bu da onu digər tariflər sinfi ilə müqayisədə daha ucuz edir.
Endirim kampaniyaları haqqında da unutmayaq. Son iki il ərzində tərəfimizdən müxtəlif endirim kampaniyaları fəal şəkildə keçirilir.
Belə kampaniyalar həm müştərilər, həm də aviaşirkət üçün əlverişlidir və qarşılıqlı faydalı əməkdaşlığı formalaşdırır. Sərnişinlər daha münasib qiymətə bilet almaq imkanı əldə edirlər, aviaşirkət üçün isə onun haqqında məlumatlılıq səviyyəsinin və reyslərdə sərnişin oturacaqlarının tutulma faizinin artmasına şərait yaranır.
Uğurlu kampaniyalar haqqında nümunə gətirmək istərdim. Belə ki, 23 noyabr 2023-cü il tarixində “qara cüməyə” həsr olunmuş “Uçuran kampaniya” adlanan aksiya zamanı AZAL ənənəvi endirimləri yenilənmiş mobil tətbiqinin təşviqi ilə birləşdirdi. Bir gün ərzində minlərlə insan 40 istiqamət üzrə endirimli qiymətlərlə bilet əldə etdi. Həmin gün AZAL-ın onlayn satış platformasına 100 mindən çox insan keçid aldı. Nəticələr inanılmaz oldu: “Android” və iOS platformalarında tətbiqin yüklənməsinə görə aviaşirkətimiz regionda birinci yerə yüksəldi və kampaniyanın bir günü ərzində 11 min bilet satıldı.
Bu tədbirlər nəticəsində 2024-cü ilin ilk altı ayı ərzində AZAL-ın aviabiletlərinin orta qiyməti 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18 % aşağı düşüb".
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
4 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
4 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
4 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
4 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
7 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib

























