"PAŞA Bank" yenidən bazar paylarını bərpa edir
2024-cü ilin İyun ayının nəticələrinə əsasən, "PAŞA Bank" ASC-nin korporativ kreditləşmə üzrə bazar payı 20.4% təşkil edib.
Marja.az xəbər verir ki, bunu keçirilən mətbuat konfransında PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə inzibatçısı Murad Süleymanov bildirib.
O qeyd edib ki, ölkə üzrə 13 milyard 875 milyon manatlıq korporativ kreditləşmənin 2 milyard 826 milyon manatı PAŞA Bank tərəfindən təqdim olunub.
30 iyun 2023-cü il tarixində PAŞA Bankın korporativ kreditləşmə üzrə bazar payı 20,5% idi.
2024-cü ilin iyul ayının nəticələrinə əsasən isə Bankın bazar payı 20.3%-ə düşüb.
Müqayisə olunan dövrdə cəmi korporativ kreditləşmə bazarı 2 milyard 224 milyon manat, PAŞA Bankın korporativ kreditləşmə məbləği isə 432 milyon manat artıb.
30 İyun 2024-cü il tarixində "PAŞA Bank"ın aktivlər üzrə bazar pay 16.8%, depozit portfeli üzrə bazar pay 18.6%, müştərilərə verilən kreditlər üzrə bazar payı 12.1% təşkil edib. 30 İyun 2023-cü il tarixində "PAŞA Bank"ın bazar payları müvafiq olaraq 17.8%, 21% və 12.9% təşkil etmişdi. Beləliklə, Bankın bazar payları aktivlər üzrə 1 faiz bəndi, depozit portfeli üzrə 2,4 faiz bəndi, müştərilərə verilən kreditlər üzrə isə 0,8 faiz bəndi azalıb.
Murad Süleymanov bildirib ki, 2024-cü ilin iyul ayının nəticələrinə əsasən, PAŞA Bankın bazar payları depozit portfelindəki hərəkət ilə əlaqədar olaraq nisbətən bərpa olunub, aktivlər üzrə bazar payı 17.3 %-ə, depozit portfeli üzrə bazar payı 19.4 %-ə yüksəlib. Müştərilərə verilən kreditlər üzrə bazar payı isə 12.1 % səviyyəsində qalıb.
"Bu ilin 6 ayında fiziki şəxslərin müddətli depozitlərində 26% artım olub. Bunun səbəbləri faiz dərəcələrinin artırması və ötən il Vergi Məcələsinə edilən dəyişiklik - 18 ay və daha yüksək müddətə yerləşdirilən əmanətlərin ödəmə mənbəyində vergidən azad edilməsidir. Biz fiziki şəxs müştərilərin müraciətlərinin artmasını müşahidə edirik", - Murad Süleymanov qeyd edib.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
5 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
7 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
7 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
8 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
8 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
9 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

























