Bank sektorunda son vəziyyət - YENİ RƏQMLƏR
Azərbaycan Mərkəzi Bankı pul-kredit göstəriciləri ilə bağlı aylıq statistik bülletenini dərc edib.
Bank sektoru
31 avqust 2024-cü il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 481, şöbələrinin sayı 88, ATM-lərin sayı 3 min 125 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.8% və ya 201 nəfər artaraq 24 min 523 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 49 milyard 567.7 milyon manat, cəmi öhdəlikləri 43 milyard 256 milyon manat, balans kapitalı 6 milyard 311.7 milyon manat olmuşdur. Avqust ayında bankların aktivləri, öhdəlikləri və balans kapitalı müvafiq olaraq 1% (478.5 milyon manat), 0.9% (381.8 milyon manat) və 1.6% (96.7 milyon manat) artmışdır.
Kredit portfelinin artımı cari ilin avqust ayında da davam etmişdir. Hesabat ayında bankların kredit portfeli 1.5% və ya 380.9 milyon manat artaraq 26 milyard 75.6 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 53.7% (13 milyard 999.8 milyon manat);
ıı) istehlak kreditləri – 30.6% (7 milyard 978.8 milyon manat)
ııı) ipoteka kreditləri – 15.7% (4 milyard 97 milyon manat).
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.7 faiz bəndi azalaraq 1.7% təşkil etmişdir.
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 80.9%-i və ya 35 milyard 3.9 milyon manat. Depozit portfelinin 60.3%-i (21 milyard 112.1 milyon manat) hüquqi şəxslərin, 39.7%-i (13 milyard 891.8 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 65.6%-i (9 milyard 110.2 milyon manat) milli valyutada, 34.4%-i (4 milyard 781.7 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 59.1%-i (8 milyard 215.5 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri avqust ayında 1.8% və ya 147.8 milyon manat artmışdır. Hüquqi şəxslərin tələbli depozitləri 15 milyard 830.8 milyon manat (ay ərzində artım 2.9% və ya 439.3 miylon manat) olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması avqust ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 2.4 faiz bəndi azalaraq 33.9% təşkil etmişdir.
2024-cü ilin yanvar – avqust aylarında banklar tərəfindən 772.3 milyon manat xalis mənfəət, 1 milyard 148.2 miylon manat məbləğindəəməliyyat mənfəəti generasiya edilmişdir (ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 6.6% və 7.9% daha çox). Cari ilin 8 ayında banklar tərəfindən ümumilikdə 175.1 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir. Monetar sektor
Cari ilin avqust ayında manatla geniş mənada pul kütləsi (M2) keçən ilin müvafiq dövrünə nəzərən 10.1% artaraq 35 milyard 273.4 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 58.6 milyon manat azalaraq 2 milyard 539.5 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi şəxslərin cari hesablarının həcmindəki azalma iləəlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə avqust ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 227 min ədəd artaraq 18 milyon 567 min ədəd təşkil etmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.5% artmışdır. Ödəniş kartlarında artım debet kartları üzrə 19.6%, kredit kartları üzrə 10.9% təşkil etmişdir.
Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.5 dəfə artmışdır. 2024-ci ilin avqust ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6 milyard 812 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 5 milyard 738 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 69 milyon manatı POS-terminallar, 4.1 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63.1%-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin avqust ayının sonu ilə müqayisədə bankomatların sayı 3%, POS-terminalların sayı 24.4% artmışdı
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
5 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
7 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
7 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
8 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
8 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
9 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 9 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi



























