Bank VTB (Azərbaycan) maliyyə vəziyyətini açıqladı - BANK BÖYÜYÜB, MƏNFƏƏT ƏLDƏ EDİB
"Bank VTB (Azərbaycan)" ASC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 6 milyon 140 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin eyni dövrünü 8 milyon 643 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin 2 milyon 503 min manat və ya 29% düşməsi Bankın cari fəaliyyətindən deyil, mümkün zərərlər üçün yaradılan ehtiyatdan azad olan vəsaitin azalması ilə əlaqədardır.
GƏLİRLƏRİ ARTIB
Marja.az xəbər verir ki, "Bank VTB (Azərbaycan)"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 20 milyon 146 min manat ikən, 2024-cü ilin 9 ayında 23 milyon 616 min manat təşkil edib (3 milyon 470 min manat və ya 17,2% artıb ). Bankın qeyri-faiz gəlirləri isə 5 milyon 462 min manatdan 9 milyon 835 min manata yüksəlib (4 milyon 373 min manat və ya 80% artıb).
BANK BÖYÜYÜB
2024-cü ilin 9 ayında "Bank VTB (Azərbaycan)"ın kredit portfeli (müştərilərə verilmiş cəmi kreditlər) 37 milyon 949 min manat və ya 20,3% artaraq 225 milyon 69 min manata çatıb. 31 dekabr 2023-cü il tarixində Bankın kredit portfeli 187 milyon 120 min manat təşkil etmişdi.
Müqayisə olunan dövrdə "Bank VTB (Azərbaycan)"ın cəmi aktivləri 49 milyon 253 min manat və ya 19,7% artaraq ötən ilin sonundakı 249 milyon 900 min manatdan 30 sentyabr 2024-cü il tarixində 299 milyon 153 min manata çatıb.
2024-cü ilin 9 ayı ərzində "Bank VTB (Azərbaycan)"da depozitlər 20 milyon 883 min manat və ya 23,4% artaraq 110 milyon 234 min manata qalxıb.
"Bank VTB (Azərbaycan)" 30 Sentyabr 2024-cü il tarixində 89 milyon 505 min manat məcmu kapitala malik olub.
"Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarları Rusiya bankı “Bank VTB” İSC (99,99%) və Adığözəl Ağayevdir (0,01%). “Bank VTB”nin shəmləri Rusiya Federasiyasının hökumәtinə məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
6 gün sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
6 gün sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
11 saat əvvəl
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib
-
11 saat əvvəl
Paşinyan: Sərhədi keçən Azərbaycan hərbçisi bir müddət Ermənistanda qalacaq
-
11 saat əvvəl
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
-
11 saat əvvəl
"Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan bəzi ölkələr var" - TÜRKİYƏDƏN AÇIQLAMA
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Niderland şirkəti Azərbaycanda anbar-logistika kompleksləri yarada bilər
-
14 saat əvvəl
KPMG Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır ®
AYNA 21 avtobus marşrutunu müsabiqəyə çıxardı – Siyahı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Macarıstanda təhsil alan azərbaycanlıların sayı açıqlanıb
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Əliyev Putinə zəng edib























