"Bank Respublika"nın törəməsilə ilə bağlı qərar veriləcək - NÖVBƏDƏNKƏNAR YIĞINCAQ
15 noyabr 2024-cü il tarixində "Bank Respublika" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Marja.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. İclasın sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. "Bank Respublika" ASC-nin törəmə təsərrüfat cəmiyyətinin gələcək fəaliyyəti ilə bağlı qərarın verilməsi haqqında.
Yığıncaq Xaqani küçəsi, 21 ünvanında yerləşən bankın Baş ofisində keçiriləcək.
Qeyd edək ki, "Bank Respublika" ASC-nin yeganə törəmə müəssisəsi "Bakı Sığorta" ASC-dir.
Xəbər verdiyimiz kimi, 18 noyabr 2024-cü il tarixində "Bakı Sığorta" ASC-nin Baş ofisində cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Şirkətin məlumatında bildirilir ki, iclasın gündəliyi, əlavə məlumat, o cümlədən yığıncağının gündəliyi üzrə materiallarla tanış olmaq üçün "Bakı Sığorta" ASC-yə (Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 120 ünvanında yerləşən inzibati binanın 6-cı mərtəbəsində) həmçinin 969 telefon nömrəsi vasitəsilə müraciət edilə bilər.
Avqust ayının sonunda Şirkət yaydığı məlumatında bildirmişdi ki, 10 oktyabr 2024-cü il tarixində "Bakı Sığorta" ASC-nin Baş ofisində cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Qeyd edək ki, bir nüçə gün öncə Azərbaycan Mərkəzi Bankı (AMB) "Bakı Sığorta" ASC-nin lisenziyasının qüvvəsini məhdudlaşdırıb. “Sığorta fəaliyyəti haqqında” qanunun 105.1.1-ci maddəsinə müvafiq olaraq, şirkətin könüllü müraciəti əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, “Daşınmaz əmlakın icbari sığortası” və “Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növlərinə verilmiş icazələrin ləğv edilməsi yolu ilə lisenziyasının qüvvəsi məhdudlaşdırılıb. Həmçinin, “Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (“Bakı Sığorta” ASC) İcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqında (Büro) iştirakına xitam verilmiş və şirkət Büronun iştirakçı sığortaçılarının reyestrindən çıxarılmışdır.
2024-cü ilin yay ayında “Bakı Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ramin Məmmədov vəzifəsini tərk edib.
Bu il "Bakı Sığorta" ASC-nin səhmdarı olan 2 fiziki şəxs (Behbud Nəcəfov (6,93%), Murad Rəhimov (6,97%)) öz paylarını “Bank Respublika” ASC-yə ötürüblər. "Bakı Sığorta"nın yarımillik hesabatında verilən məlumata görə, nəticədə “Bank Respublika” ASC-nin sığorta şirkətinin nizamnamə kapitalındakı payı 93,32%-ə yüksəlib. "Bakı Sığorta" ASC-nin nizamnamə kapitalının 6,68%-i "Ekolizinq” MMC -yə məxsusdur.
Bundan əvvəl avtomobil satışı ilə məşğul olan "Dimond Motors" MMC, "Yeni Motor" MMC və "Toyota Abşeron Mərkəzi" MMC "Bakı Sığorta" ASC-dəki paylarını satmışdılar.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
2 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
5 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
5 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
6 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
6 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi


























