"Rabitəbank"ın vəziyyəti məlum oldu
"Rabitəbank" ASC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 19 milyon 183 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin eyni dövrünü 16 milyon 817 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə "Rabitəbank"ın xalis mənfəəti 2023-cü ilin 9 ayı ilə müqayisədə 2024-cü ilin 9 ayında 2 milyon 366 min manat və ya 14% artıb. Xalis mənfəətin artması Bankın gəlirlərinin artmasından qaynaqlanır.
GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Rabitəbank"ın faiz gəlirləri 2023-cü ilin 9 ayında 65 milyon 670 min manat ikən, 2024-cü ilin 9 ayında 83 milyon 830 min manat təşkil edib (18 milyon 160 min manat və ya 21,7% artıb). Bankın qeyri-faiz gəlirləri isə 6 milyon 230 min manat və ya 17,8% artaraq 41 milyon 170 min manata yüksəlib. "Rabitəbank" 2023-cü ilin 9 ayında 34 milyon 940 min manat qeyri-faiz gəlirləri əldə etmişdi.
2024-cü ilin 9 ayı ərzində "Rabitəbank"ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 125 milyon manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 101 milyon 360 min manat, əməliyyat mənfəəti 23 milyon 640 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 4 milyon 457 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırıb.
Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin 9 ayı ərzində "Rabitəbank"ın cəmi əməliyyat gəlirləri 100 milyon 610 min manat, cəmi əməliyyat xərcləri 82 milyon 209 min manat, əməliyyat mənfəəti 18 milyon 401 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 1 milyon 583 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmışdı.
2023-cü ilin 9 ayı ilə müqayisədə 2024-cü ilin 9 ayında "Rabitəbank"ın əməliyyat mənfəəti 5 milyon 239 min manat və ya 28,5% artıb. Əgər mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmada artım olmasaydı, "Rabitəbank"ın xalis mənfəəti daha yüksək olardı.
KREDİT PORTFELİ ARTIB
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayında "Rabitəbank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 92 milyon 716 min manat və ya 12,8% artaraq 30 sentyabr 2024-cü il tarixində 813 milyon 875 min manat təşkil edib. O cümlədən, Bankın istehlak kreditləri portfeli 42 milyon 91 min manat artaraq 281 milyon 725 min manata, biznes kreditləri portfeli 33 milyon 965 min manat artaraq 379 milyon 370 min manata, ipoteka kreditləri portfeli 16 milyon 660 min manat artaraq 152 milyon 779 min manata çatıb.
CƏMİ AKTİVLƏRİ 1,1 MİLYARD MANATDAN ÇOXDUR
Hüquqi şəxslərin cari hesablardakı vəsaitlərini istifadə etmələrilə əlaqədar olaraq 2024-cü ilin 9 ayında Bankın cəmi aktivləri 9 milyon 374 min manat azalaraq 1 milyard 129 milyon 75 min manat təşkil edib. Hüquqi şəxslərin "Rabitəbank"dakı depozitləri 77 milyon 465 min manat və ya 25% azalaraq 230 milyon 973 min manata düşüb, fiziki şəxslərin depozitləri isə 13 milyon 372 min manat və ya 3% artaraq 458 milyon 758 min manata yüksəlib.
Cari ilin 9 ayı ərzində "Rabitəbank"ın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri 31 milyon 147 min manat və ya 13,9% artaraq 255 milyon 484 manata yüksəlib.
MƏCMU KAPİTALI ARTIB
30 sentyabr 2024-cü il tarixində "Rabitəbank" ASC 127 milyon 525 min manat məcmu kapitala malik olub. Bank 2023-cü ilin sonunda 112 milyon 419 min manat məcmu kapitala malik idi.
Müştərilərin xəbərləri
“Prime Cotton” beynəlxalq treyderlərlə ilk müqavilələrini bağlayıb: Azərbaycan pambığı üçün yeni bazar imkanları
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 ay sonra
-
1 həftə sonra
Demo hesabı ilə risksiz ticarət edin və bacarıqlarınızı inkişaf etdirin ®
-
-
2 saat əvvəl
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarının 2-ci tranşına abunə başladı - İllik 10% gəlirlilik ®
-
4 saat əvvəl
“Apple” illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı “MacBook Pro” satışa çıxır
-
4 saat əvvəl
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
-
5 saat əvvəl
Xankəndidə mühüm beynəlxalq toplantı – Maliyyə və birja sektorlarına nəzarət gündəmdə
- 5 saat əvvəl
-
5 saat əvvəl
“Kredit Evi” 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
-
6 saat əvvəl
Kanada Mərkəzi Bankı 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırdı
-
6 saat əvvəl
1000 manatlıq investisiyaya ildə 150 manat gəlir – Yeni istiqraz emissiyası
- 6 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
FED-in sərt siyasəti “tamaşa” adlandırıldı – Ekspert faizlərin azaldılacağını gözləyir
FED faiz qərarını açıqladı
Ən çox oxunanlar
Bu bank minimum 8.5%-lə kredit təklif edir ®
Bakıda köhnə avtobuslar gələn il tamamilə yenilənəcək
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

























