Volkswagen-də problemlər bitmir: Pandemiyadan bəri ən aşağı mənfəət marjası açıqladı
Volkswagen-in (VW) zavodlarını bağlamaq, işçilərinin ixtisar etmək və maaşları azaltmaq kimi yaşadığı çətinliklərə əlavə olaraq, Şirkət son dörd ilin ən aşağı səviyyəsində əməliyyat mənfəət marjası açıqlayıb.
Marja xəbər verir ki, Volkswagen-in əməliyyat mənfəəti marjası avtomobil istehsalçısını istehsalı dayandırmağa və salonları bağlamağa məcbur etdiyi Covid-19 pandemiyasından bəri ən aşağı səviyyəyə düşüb.
Almaniyanın iri avtomobil istehsalçısı olan Volkswagen üçüncü rübdə (iyul-sentyabr) 78,5 milyard avro gəlirə qarşı 2,86 milyard avro (3,1 milyard dollar) əməliyyat mənfəəti əldə edib, hər iki rəqəm bir il əvvələ nisbətən aşağı düşüb.
Əməliyyat mənfəəti marjası 3,6 faizə düşüb, bu, son dörd ilin ən aşağı səviyyəsidir.
Məlumatlar Volkswagen rəhbərliyinin ən azı üç zavodu bağlayaraq və işçiləri ixtisar edərək sərt tədbirlər görmək planını dəstəkləyir. Şirkət həmçinin təxminən 140 min işçinin maaşını 10 faiz azaltmağı planlaşdırır.
Volkswagen-in baş maliyyə direktoru Arno Antlitz çərşənbə günü bildirib ki, VW markası ilin doqquz ayında (yanvar-sentyabr) cəmi 2 faiz əməliyyat marjasına nail olub. "Bu, xərclərin azaldılması və səmərəliliyin artırılması üçün təcili ehtiyac olduğunu göstərir" - Antlitz deyib.
Rəhbərlik və işçilər ikinci dəfə görüşəcəklər
Avropanın ən böyük avtomobil istehsalçısı yüksək xərclər və artan rəqabətin öhdəsindən gəlmək üçün mübarizə apararkən, rəhbərlik və işçilər çərşənbə günü zavodların bağlanması və kütləvi ixtisarlarla bağlı planlar ilə bağlı ikinci dəfə üz-üzə gələcəklər.
Həmkarlar ittifaqları əvvəlcədən razılaşdırılmış "atəşkəs" çərçivəsində dekabr ayına qədər daha geniş tətillər təşkil edə bilməyəcəklərini açıqlamışdılar.
Çində satışların azalması və Avropada artan rəqabət hələ də pandemiyadan əvvəlki tələb səviyyəsinə qayıtmayan Volkswagen-in çətinliklər yaşamasına səbəb olur. VW markası uzun müddətdir ki, aşağı gəlirlərlə mübarizə aparır və bərpa səyləri uğursuz elektrik avtomobillərinin buraxılması ilə əngəllənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
6 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
7 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
7 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 8 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi













.webp)











