Bu elektromobillər batareyası bitmədən Qəbələ şəhərinə çatıblar: 1-3-CÜ YERLƏRİ TUTAN MODELLƏR
1-ci yeri Kia EV9 modeli, 2-ci GAC Aion S Max modeili, 3-cü yeri Kia EV6 modeli tutub.Ölkəmizdə elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi məqsədilə Azərbaycan avtomobil dilerləri assosiasiyası (AADA) sılsilə tədbirlər həyata keçirməkdədir. Bunlardan Bakı-Mingəçevir və Bakı-Qobustan marşrutları ilə «Yaşıl ölkə» ekoloji avtomobillər yürüşlərini, «Avto-Eko» elektrik avtomobillər sərgilərini misal gətirmək olar. Bu layihənin davamı olaraq, yayın sonun da elektromobillərin Bakı-Nabran yarış-festivalı gerçəkləşdirilib. Nəticələr göstərib ki, bir dolu batareya ilə populyar istirahət zonasına nəinki çatmaq, hətta geriyə dönmək də mümkündür. AADA bu dəfə marşrutu daha 100 km uzatmağı qərara alıb. Beləki, elektromobillər arasında ilin son yarışı Bakı-Şamaxı-Ağsu-İsmayıllı-Qəbələ marşrutu ilə baş tutub. AADA-nın İdarə Heyətinin sədri Natiq Zərbəli bu tədbir barədə açıqlama verib:
"Yollarımızda elektrik avtomobilərinin sayı getdikcə artmaqdadır. Statistikaya görə ilin əvvəlindən ölkəmizə 2500 yaxın elektromobil idxal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6-7 faiz artım müşahidə olunur. Əslində artım sürəti daha iti ola bilərdi. «0» emissiyalı nəqliyyat vasitələrinin idaxlında mövcud olan vergi güzəştləri buna şərait də yaradır. Buna baxmayaraq, enerji doldurma infrastrukturunun ilkin inkişaf səviyyəsində olması əhalini elektromobil almaq fikrindən çəkindirir. Hələdə «enerjim bitər, yolda qalaram» kimi xof hissi bizi narahat edir. Lakin şəxsən mən məşhur səyahətçi Rafael de Mestre ilə görüşdən sonra fikrimi dəyşdim.
Xatırladım ki, bu ispaniyalı volonter elektromobil ilə 80 gün ərzində dünya səyahətinə çıxmışdı və marşrutu Azərbaycandan keçirdi. Özünü Jül Vernin “80 gün dünya ətrafında” əsərinin qəhrəmanı hiss edən Rafael qarşısına qoydyğu hədəflərə çatdı və bütün dünyaya sübut etdi ki, harada elektrik lampası yanırsa, oradan elektromobil keçə bilər.
«Ekologiya naminə həmrəylik ilində» və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) bir həftə qalmış ekoliji avtomobil karvanının səyahəti simvolik məna daşıyırdı. Bu sürət yox, təmiz enerji yarışı idi. İştirakçılar enişli-yoxuşlu yollar ilə 300 km məsafə qət edərək, batareyalarında maksimum enerji ehtiyatı saxlamalı idilər. Ekspertlər qismində ən populyar avtobloqerləri dəvət etmişdik. Əlbəttə bu tədbir daha çox yarış yox, festival xarakteri daşıyırdı. Məqsədimiz ən yeni elektrik modellərinin nümayişi idi. Eyni zamanda sübut etdik ki, elektromobillərlə Azərbaycanın istənilən guşəsinə rahat səfər etmək mümkündür.
O ki, qaldı nəticələrə: birinci yeri Kia EV9 modeli tutdu, bu model finişə çatanda, batareyalarında 45 faiz enerji qalmışdı. İkinci yerə GAC Aion S Max, üçüncü yerə Kia EV6 yüksəldilər. Hakimlər bütün digər iştirakçıları 4-cü yerə layiq bildilər, çünki onlar bir dolu batareya ilə Qəbələ şəhərinə çataraq, yarışın əsas tapşırığını yerinə yetirmişdilər.
Ənənəvi olaraq, iştirakçıların səhər qəlyanaltısı və yarışın startı Baku Auto Mall-da təşkil olunmuşdu. Marşrutun son nöqtəsi - Qəbələ Atıcılıq Klubunda qayğıkeş personal tərəfindən yarışçıların komfortlu istirahəti və əyləncəsi üçün yüksək səviyyəli şərait yaradılmışdı. Nəticələrin elan edilməsi, mükafatlandırma mərasimi və qala-şam yeməyi «Qafqaz» otellər şəbəkəsinə daxil «Tufandağ» kompleksində, «Savalan» şərab zavodunun dəstəyi ilə baş tutdu. Yarışın keçirilməsində bizə dəstək olmuş AADA-nın daimi tərəfdaşlarına - Amsoil, Vinportal, Carscharge və Bizon brendlərinə təşəkkür edirəm".
«Elektrik avtomobil ilə nəinki Azərbaycanın, hətta dünyanın istənilən bölgəsinə səyahət etmək olar, sadəcə elektromobil planlamanı sevir. Yola çıxmazdan əvvəl marşrutu hesablamalı və sürət rejimini dəqiq seçməlisən» - bu sözləri yarışdan sonra hakimlərdən biri, elektromobil sahibi və tanınmış bloqer İlkin Mustafayev söyləyib.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
5 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
5 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
5 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
5 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür











.jpg)













