Oktyabr ayında Toyota-nın qlobal istehsalı yenidən azalıb
Toyota-nın qlobal istehsalı oktyabrda 0,8 faiz azalıb. Ardıcıl olaraq 9 aydır istehsalı azalan Toyota-nın satışları oktyabrda 1,4 faiz artaraq 903 min 103 ədəd təşkil edib. ABŞ-da hava yastığı problemi səbəbindən Şirkətin istehsalı 13 faiz azaldığı halda, Çində yerli rəqabət ilə əlaqədar olaraq istehsalı 9 faiz düşüb.Toyota Motor, ardıcıl doqquzuncu ay qlobal istehsalda azalma yaşayıb. Lakin bu dəfəki azalma əvvəlki aylarla müqayisədə daha az olub. Digər tərəfdən, şirkətin satışı yaxşılaşıb. Toyota oktyabrda qlobal satışlarını 1,4 faiz artıraraq 903 min 103 avtomobilə çatdırıb. Bu, oktyabr ayı üçün bütün zamanların ən yüksək göstəricisidir.
Marja.az xəbər verir ki, Toyota oktyabr ayında dünya üzrə 893 min 164 avtomobil istehsal etdiyini açıqlayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz azalma deməkdir. Sentyabr ayında istehsalın 8 faiz azalması ilə müqayisədə bu nisbət çox aşağıdır.
Hava yastığı problemlərinə görə Grand Highlander və Lexus TX modellərinin istehsalı dörd aylıq dayandırıldıqdan sonra ABŞ-da istehsal 13 faiz azalıb. Problem oktyabrın 21-də aradan qaldırılıb və istehsal yenidən başlayıb. Toyota, İndianadakı müəssisələrində istehsalın yanvar ayında normallaşacağını gözləyir.
Çində yerli brendlərlə rəqabətin artması səbəbindən Toyota-nın istehsal 9 faiz azalıb. Taylanddakı zəif tələb də istehsalı 13 faiz azaldıb.
Toyota Yaponiyada istehsalını 8 faiz artırmağı bacarıb. Artım, bir il əvvəl tədarükçü qəzasından sonra zəif istehsal rəqəmlərinin bərpasını əks etdirir. Şirkətin qlobal istehsalının üçdə biri Yaponiyanın payına düşür.
Toyota-nın Kanada və Meksikada istehsalı hər iki ölkədə 2 faiz artıb.
Şirkətin istehsal və satış məlumatlarına Toyota-nın lüks brendi Lexus daxildir, lakin qrup şirkətləri Hino və Daihatsu istisnadır.
Toyota qlobal avtomobil bazarındakı dalğalanmalara baxmayaraq satışlarını artırmağı bacarsa da, istehsaldakı çətinliklər, xüsusilə Çin və ABŞ kimi böyük bazarlardakı problemlər şirkətin üzləşdiyi rəqabətin davam etdiyini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
6 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
6 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
6 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 7 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi













.webp)









