Dövlət tərəfindən 6000 qutu paylanacaq
Azərbaycanda 2025-ci il barama istehsalı mövsümünə start verilib. Bu il dövlət tərəfindən kümçülərə 6000 qutu tut ipəkqurdu toxumu paylanacaqAzərbaycanda 2025-cü il barama istehsalı mövsümünə start verilib. Bu gün Qax Damazlıq İpəkçilik Stansiyasında aran və dağətəyi zonalarda yerləşən rayonlardan olan kümçülərə tut ipəkqurdu toxumunun paylanlması həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri, Qax Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) direktorları, müxtəlif rayonlardan gəlmiş kümçülər, media təmsilçiləri iştirak ediblər.
Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, baramaçılıq kənd təsərrüfatının iqtisadi cəhətdən səmərəli istehsal sahələrindən biri sayılır. Bu səbəbdən baramaçılığın ölkəmizdə inkişaf etdirilməsi Kənd Təsərrüfatı Nazirliyi qarşısında prioritet vəzifələrdən biri kimi müəyyən edilib.
Tədbirdə qeyd olunub ki, Nazirlik tərəfindən rayonlarda fəaliyyət göstərən DAİM-lərin məlumatları əsasında qabaqcıl barama istehsalçılarının siyahısı, onlara məxsus kümxanaların vəziyyəti barədə məlumatlar toplanılaraq təhlil edilib və müvafiq tədbirlər planı hazırlanıb.
Tədbirlər planına uyğun olaraq mövsümün əvvəlindən kümxanaların aqrozootexniki tələblərə uyğun hazırlanması, ipəkqurdunun düzgün bəslənməsi, xəstəliklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülüb. Nazirliyin mütəxəssisləri tərəfindən bütün baramaçılıq rayonlarının məhsul istehsalçıları üçün maarifləndirici təlimlər təşkil edilib, kümxanalarda xəstəlik və zərərvericilərə qarşı qabaqlayıcı dezinfeksiya işləri aparılıb və kümçülərə yerində məsləhətlər verilib.
Qeyd edilib ki, 2025-ci ildə ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunun artırılması və sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən respublikada cari ildə istehsalı planlaşdırılan yaş barama məhsulunun həcmi nəzərə alınmaqla Çin Xalq Respublikasından 5000 qutu ipəkqurdu sənaye toxumları tədarük edilib.
Eyni zamanda, ölkəmizdə ipəkçiliyin gələcək inkişafının təmin edilməsində barama toxumçuluğunun təşkili üzrə infrastrukturun yaradılmasının xüsusi əhəmiyyətini nəzərə alaraq, ipəkqurdu cins və hibridlərinin yüksək keyfiyyətli ilkin materialının hazırlanması, çoxaldılması və kümçülərin barama toxumları ilə təmin edilməsi funksiyalarını həyata keçirən, müasir standartlara uyğun şəkildə yenidən qurulmuş Qax Damazlıq İpəkçilik Stansiyasında 1000 qutu hibrid ipəkqurdu toxumu istehsal olunub.
Tut ipəkqurdu toxumları inkubasiya üçün Qax Damazlıq İpəkçilik Stansiyası, Zərdab Baramaqurutma Məntəqəsi, Zaqatala Baramaqurutma Məntəqəsi və Naxçıvan Muxtar Respublikasında inkubasiya kameralarına qoyulub.
Tədbirdə inkubasiya olunmuş tut ipəkqurdu toxumları 40 bölgədən olan kümçülərə paylanıb. Ümumilikdə mayın 5-dək kümçülərə inkubasiyadan sonra 5500 qutu verilib. İpəkqurdu toxumlarının kümçülərə paylanması prosesi davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
9 d. əvvəl
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
-
1 saat əvvəl
Qara dənizdə gəmilərə hücum – Biri batdı, 18 dənizçi xilas edildi
-
2 saat əvvəl
İnvestisiya şirkətlərində reytinq dəyişib: Kim yüksəlib, kim geriləyib?
-
2 saat əvvəl
Bakıda və Abşeronda intensiv yağış yağacaq - Oktyabrın 7-də gözlənilən hava şəraiti
- 2 saat əvvəl
-
3 saat əvvəl
Ərdoğanın 3-cü dəfə prezident olması gündəmə gəldi – Baxçalı açıq danışdı
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
- 3 saat əvvəl
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
Ən çox oxunanlar
"Fitch": Azərbaycanda inflyasiya 2028-ci ilə qədər 4,9 %-ə düşəcək
“PAŞA Bank” IPO-dan sonra səhmdar strukturunu açıqlayıb
Rabitəbank-ın ipoteka portfeli 200 milyon manatı ötüb ®
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
UNEC tələbələri ABB Invest ilə investisiya dünyasına ilk addımlarını atdılar - FOTOLAR
























