İspaniyanın bank nəhəngi 2025-ci ilin sonunda Dolların 45 Türkiyə Lirəsi olacağını gözləyir
İspaniyanın bank nəhəngi BBVA Türkiyə iqtisadiyyatı ilə bağlı yeni proqnozlarını ehtiva edən bir qiymətləndirmə dərc edib.
Marja xəbər verir ki, hesabatda Türkiyənin iqtisadi artımı, USD/TRY və inflyasiya proqnozları, ilk faiz endiriminin nə vaxt ediləcəyi ilə bağlı gözləntilər yer alıb.
BBVA Research Türkiyə iqtisadiyyatı üçün 2025 və 2026-cı illər üçün ÜDM artımı gözləntilərini dəyişməyib. Təşkilat 2025-ci il üçün 3,5 faiz, 2026-cı il üçün isə 4 faiz artım proqnozlarını qoruduğunu açıqlayıb.
2025-ci ilin birinci rübündəki güclü performans, mümkün məhdud fiskal stimullar və zəif xarici tələbin böyük mənfi təsir yaratmayacağına görə iqtisadi artım proqnozlarının sabit saxlanıldığı bildirilib.
BBVA Research xatırladıb ki, martın ortalarında və aprelin əvvəllərində baş verən şoklardan sonra 2025-ci ilin sonu üçün inflyasiya proqnozunu 29 faizdən 31 faizə, 2026-cı ilin sonu üçün isə 20,5 faizdən 21 faizə qaldırıblar.
“Son aylardakı müsbət sürprizlərə baxmayaraq, biz ərzaq və enerji qiymətlərində, tənzimlənən qiymətlərdə və real faiz dərəcələrində qeyri-müəyyənliklər səbəbindən inflyasiya proqnozlarımızda ehtiyatlı olmağa davam edirik”, - deyə qiymətləndirmədə qeyd olunub.
BBVA Research, 10 iyun tarixindən etibarən maliyyələşdirmə xərclərinin siyasət faizinə doğru normallaşmağa başladığını vurğulayaraq, bu yaxınlaşmanın davam edəcəyini gözlədiyini qeyd edib.
Bank, TCMB-nin iyul ayından etibarən faiz dərəcələrini endirməyə davam edəcəyini proqnozlaşdırır.
BBVA, Türkiyə Mərkəzi Bankının faizinin 2025-ci ilin sonuna qədər 36 faizə düşəcəyini gözlədiklərini bildirib.
Dollar/TL proqnozları
Qiymətləndirmədə məzənnə proqnozları da yer alıb. BBVA 2025 və 2026-cı ilin sonu üçün USD/TRY məzənnəsi proqnozunu müvafiq olaraq 45 və 52 səviyyəsində saxlayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
14 d. əvvəl
“Huawei” ABŞ-da bank dələduzluğu və İrana qarşı sanksiyaları pozmaqda təqsirli bilinib
- 51 d. əvvəl
- 53 d. əvvəl
-
57 d. əvvəl
"Sığorta şirkətləri müştərilərinin digər şirkətlərdəki tarixçəsindən istifadə edə biləcəklər"
-
1 saat əvvəl
11 avtobus marşrutu üzrə müsabiqənin qalibləri açıqlandı – ŞİRKƏTLƏR VƏ ŞƏXSLƏR
-
1 saat əvvəl
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
-
1 saat əvvəl
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
-
2 saat əvvəl
“Azərsun Holdinq”in istehsalat müəssisələrində birgə infotur keçirilib
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
Noyabrın 26-da gözlənilən hava şəraiti
Banka getmədən möhürlü və imzalı bank çıxarışı almaq mümkün oldu – Birbank-dan yenilik ®
Ən çox oxunanlar
Biznesini böyüt, daha az vergi ödə – Vergi Məcəlləsinə mühüm dəyişiklik təklif olunur
“My Home” işində 172 nəfər zərərçəkmiş kimi tanınıb – “Vesta Construction”un təsisçisi məhkəmə qarşısına çıxacaq
Azərbaycan neftinin on qiyməti
























