Pozuntular aşkarlanıb, vəzifəli şəxslər barəsində materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub
Nazir Sahil Babayev ayrılan pulları yoxladır: 157 obyekt yoxlanılıb, nələr tapılıb?Aprelin 21-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti Kollegiya iclasında Nazirlik yanında Dövlət Xəzinədarlıq Agentliyi və Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən görülmüş işlər və növbəti dövr üçün qarşıda duran vəzifələr, eləcə də cari məsələlər müzakirə olunub.
Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, 2026-cı ilin yanvar-mart aylarında da dövlət büdcəsinin icrasında müsbət dinamikanın davam edib. S.Babayev bildirib ki, ilin l rübü ərzində dövlət büdcəsi üzrə gəlirlər ümumilikdə 9,6 milyard manat olub ki, bu da proqnoza münasibətdə 5 faiz artımla icra deməkdir. Həmin dövr ərzində dövlət büdcəsinin xərcləri isə 7,8 milyard manatdan çox olub.
İclasda Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən 2025-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr üzrə məruzə dinlənilib. Qeyd olunub ki, dövlət xəzinədarlığına daxil olmuş sənədlərin icra müddəti ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyədək sürətlənib, real vaxt rejimində dövlət xəzinədarlığının məlumatlarına çıxış imkanı təmin edən “Maliyyə Hesabatlılıq Portalı” yaradılıb və portal vasitəsilə istifadəçilərin operativ və dəqiq məlumatları vahid platforma üzərindən əldə etməsi hədəf kimi müəyyən edilib.
Eyni zamanda məlumat verilib ki, dövlət maliyyəsinin idarə olunmasında müasir texnologiyaların tətbiqi və rəqəmsallaşmanın sürətləndirilməsi məqsədilə Agentlik tərəfindən maliyyə əməliyyatlarının vahid mərkəzdən idarə olunması və operativlik təmin olunub.
İclasda bildirilib ki, artıq xəzinə əməliyyatları üzrə xidmət pasportlarının yaradılmasına başlanılıb. Bu məqsədlə Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər unifikasiya edilərək 75 adda xidmət əməliyyatı müəyyən olunub, 1000-dən çox prosesi əhatə edən, bütün xidmətləri özündə birləşdirən 12 xidmət pasportu və 1 təlimat hazırlanıb. Qeyd olunub ki, bu təşəbbüs büdcə təşkilatlarının maarifləndirilməsinə, proseslərin təkmilləşdirilməsinə, həmçinin pasportların bütün əməkdaşlar tərəfindən mənimsənilərək xəzinə əməliyyatlarında bələdçi rolunu oynamasına xidmət edir.
Kollegiyanın sədri Dövlət Xəzinədarlıq Agentliyinə elektron sistemlərin, o cümlədən “Maliyyə Hesabatlılıq Portalı”nın təkmilləşdirilməsi, büdcənin icrasına operativ nəzarətin gücləndirilməsi və vahid xəzinə hesabının qalığının real vaxt rejimində izlənilməsi imkanlarının genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsini tapşırıb. Eyni zamanda, xəzinə əməliyyatları üzrə vahid standartların tətbiqi, daxili nəzarət, monitorinq və hesabatlılıq mexanizmlərinin gücləndirilməsi, proseslərin təhlili və davamlı təkmilləşdirilməsi məqsədilə xidmət pasportlarının hazırlanması işlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
İclasda Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyəti müzakirə edilərək bildirilib ki, dövlət vəsaitlərinin səmərəli və təyinatı üzrə istifadəsinə nəzarətin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Aparılan yoxlamalar nəticəsində normativ hüquqi aktların tələblərinin pozulması halları, o cümlədən artıq və əsassız ödənişlər aşkar edilib və bu istiqamətdə müvafiq tədbirlər görülür.
Qeyd olunub ki, 2025-ci il və 2026-cı ilin birinci rübündə 157 nəzarət obyektində keçirilmiş yoxlamalar zamanı müəyyən olunan nöqsanlar aradan qaldırılıb, maliyyə pozuntuları bərpa olunub, vergidən yayınmış məbləğlərin dövlət büdcəsinə ödənilməsi təmin edilib, həmçinin ilkin maliyyə nəzarəti tədbirləri ilə artıq xərclənmələrin qarşısı alınıb. Eyni zamanda, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində inzibati və intizam tədbirləri görülüb, bir sıra hallarda materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub.
Kollegiya iclasında vurğulanıb ki, nəzarət tədbirlərinin effektivliyinin artırılması məqsədilə risk əsaslı yanaşma və müasir təhlil metodları geniş tətbiq olunur, “Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sistemi” və digər elektron platformalar üzərindən əldə olunan məlumatların inteqrasiyası gücləndirilir. Eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsi, yeni nəzarət qaydalarının hazırlanması, institusional potensialın artırılması və kadr təminatının gücləndirilməsi istiqamətində sistemli işlər davam etdirilir.
S.Babayev dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi, nəzarət tədbirlərinin səmərəliliyinin artırılması və risk əsaslı yanaşmanın genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib. Bu məqsədlə rəqəmsal informasiya sistemlərindən istifadənin genişləndirilməsi, maliyyə pozuntularının erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin maliyyə nəzarəti mexanizmlərinin gücləndirilməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.
Nazir aşkar edilmiş maliyyə pozuntularının bərpası üzrə tədbirlərin effektivliyinin artırılması və bu istiqamətdə icraya nəzarətin gücləndirilməsi, habelə maliyyə nəzarəti tədbirlərinin aparılmasına dair yeni qaydaların və metodiki tövsiyələrin hazırlanması istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib. Qeyd olunub ki, Mərkəzləşdirilmiş İnformasiya İdarəetmə Sistemindən əldə olunan məlumatların müvafiq alt sistemdə icmallaşdırılaraq nəzarət tədbirlərinin planlaşdırılmasında istifadə olunması və elektron pilləli yoxlama sisteminin yaradılması nəzarət mexanizmlərinin operativliyinin və effektivliyinin artırılmasına, şəffaflığın gücləndirilməsinə mühüm töhfə verəcək.
Kollegiya iclasında həmçinin Maliyyə Nazirliyində tapşırıqların icra vəziyyəti və hesabatlarla bağlı məsələlərə dair təqdimat nümayiş etdirilib, müzakirələr aparılıb və qaldırılan məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
1 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
1 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
2 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
2 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür











.jpg)












