970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3-ABB_21

“PAŞA Sığorta” mənfəətliliyini qoruyur

iç səhifə xəbər başlığı altı (mobil)_31
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
iç səhifə xəbər şəkil altı (mobil)_32

2025-ci ili 39 milyon manatdan çox xalis mənfəətlə başa vurmuş “PAŞA Sığorta” bu tendensiyanı 2026-cı ildə də davam etdirir.  

Şirkət bu ilin I rübündə 8,5 milyon manat xalis mənfəət əldə edib.

Yanvar-mart aylarında “PAŞA Sığorta”nın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14% çox – 88,6 milyon manat təşkil edib. O cümlədən, şirkətin təkcə əsas əməliyyat  gəlirləri 1 il əvvələ nisbətən 6,7% çox – 122,8 milyon manat olub ki, bu da xalis sığorta ehtiyatlarının dəyişməsindən yaranan zərəri 3 qat kompensasiya etməyə imkan verib. Hesabat dövründə sığortaçının investisiya gəlirləri 25,1% artaraq 5,2 milyon manata, digər gəlirləri isə 48,3% artaraq 0,8 milyon manata çatıb.

Şirkətdə müştəriyönümlülük güclənməkdədir

“PAŞA Sığorta” 3 ay ərzində 122,3 milyon manat sığorta haqqı toplayıb, 34,4 milyon manat sığorta ödənişi edib. Bunlar, illik müqayisədə müvafiq olaraq 6,5% və 24,1% çoxdur. Göründüyü kimi, şirkətin ödənişlərinin artım tempi yığımlarının artım tempini təxminən 4 dəfə üstələyib, bu isə onun fəaliyyətində müştəriyönümlülüyün güclənməsindən xəbər verir.

“PAŞA Sığorta”nın rüblük yığımlarının 48,6%-i və yaxud 59,4 milyon manatı tibbi sığortanın hesabına formalaşıb. Şirkət hazırda könüllü tibbi sığorta bazarının təxminə 2/3-nə nəzarət edir. Bu da təbiidir. Çünki, əksər dövlət və özəl qurumlar əməkdaşlarının könüllü tibbi sığortalanmasını məhz “PAŞA Sığorta”ya etibar edir.

Bununla yanaşı, şirkət avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında, eləcə də əmlakın yanğından və digər risklərdən sığortasında böyük pay sahibidir. Yanvar-mart aylarında bu sığorta növləri üzrə yığımlar müvafiq olaraq 21,8 milyon manat və 15 milyon manat təşkil edib.

İnvestisiya portfelinin dəyəri 250 milyon manatı keçib

Son 1 ildə “PAŞA Sığorta”nın investisiya portfeli 9%-ə yaxın artım nümayiş etdirərək bu il aprelin 1-nə 250,65 milyon manat təşkil edib. Portfelin təxminən yarısı və yaxud 123,5 milyon manatı depozitlərdir. İl ərzində şirkətin banklarda yerləşdirdiyi vəsaitlərin məbləği 2,8 dəfə artıb. Depozitlərin rüblük gəlirliliyi isə 3,2 dəfə artımla 2,9 milyon manata yüksəlib. Hesabat tarixinə sığortaçı həmçinin 102,4 milyon manat dəyərində istiqrazlara, cümlədən 98,1 milyon manatlıq dövlət və 4,3 milyon manatlıq qeyri-dövlət istiqrazlarına malik olub. Onun digər investisiyalarının dəyəri isə 24,8 milyon manat təşkil edib.

Aktivləri yarım milyard manata çatıb

2026-cı il martın sonuna “PAŞA Sığorta” 497,1 milyon manatlıq aktivlərə malik olub. Bu 1 il əvvələ nisbətən 27,6% çoxdur. O cümlədən, şirkət aktivlər üzrə 119,4 milyon manat sığorta ehtiyatlarına malikdir ki, bu da 2025-ci il martın sonu ilə müqayisədə 2,9 dəfə artım deməkdir.

Hesabat dövründə “PAŞA Sığorta”nın öhdəlikləri 38,9% artımla bu il aprelin 1-nə 393,4 milyon manata yüksəlib. Şirkətin öhdəliklər üzrə sığorta ehtiyatları isə illik müqayisədə 46,55% çox – 343,8 milyon manat olub.

Sığortaçının balans kapitalı 103,7 milyon manat, o cümlədən nizamnamə kapitalı 50 milyon manat təşkil edib. Halbuki, Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi “Sığortaçının tələb olunan kapitalının minimum məbləği” 5 milyon manatdır. Bu isə “PAŞA Sığorta”nın kifayət qədər yüksək kapitallaşdığından, müştəriləri qarşısında öhdəliklərini yerinə yetirə bilməmək riskinin olmamasından xəbər verir.

paşa sığorta PAŞA Sığorta maliyyə nəticələri PAŞA Sığorta 2026 birinci rüb xalis mənfəət 8.5 milyon manat sığorta bazarı Azərbaycan könüllü tibbi sığorta bazarı icbari avtomobil sığortası əmlak sığortası yanğın riskləri sığorta yığımları 122 milyon manat sığorta ödənişləri 34 milyon manat investisiya portfeli 250 milyon manat PAŞA Sığorta aktivləri 497 milyon manat sığorta ehtiyatları 119 milyon manat Azərbaycan sığorta sektoru bank depozitləri investisiya portfeli dövlət istiqrazları investisiyası şirkət maliyyə hesabatı 2026 Marja.az Azərbaycan maliyyə xəbərləri
24.04.2026 20:43
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam-2-CityNet-NyuMedia_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19