"Ötən il BOKT “İnternational” bazardakı mövqeyini daha da möhkəmləndirib" - MÜSAHİBƏ
Kamil Lətifov: "2024-cü illə müqayisədə 2025-ci ildə aktivlərimiz təxminən 15 milyon manat artaraq əhəmiyyətli böyümə nümayiş etdirib. Hazırda təşkilatın aktivləri 60 milyon manatdan artıqdır və bu göstərici maliyyə dayanıqlığımızın mühüm indikatorlarından biridir. O cümlədən, ötən il cari kredit portfelimiz 15 milyon manat artaraq 53 milyon manata çatıb.Xalis mənfəət isə 800 min manat civarında artıb".BOKT “İnternational” ASC-nin İdarə Heyətinin sədrinin müavini Kamil Lətifov ilə müsahibə.
- Kamil müəllim, 2025-ci ildə BOKT “İnternational” ASC-nin maliyyə fəaliyyətinin kənar audit yoxlamasının ümumi nəticələri necə olub? Auditor rəyi necədir?
- Auditin yekununda təşkilatımızın maliyyə hesabatlarına “müsbət rəy” təqdim olunub. Bu onu göstərir ki, təşkilatın fəaliyyəti, maliyyə hesbatlılığı şəffafdır. Təşkilatın real maliyyə vəziyyətini, gəlirlərini, aktivlərini, öhdəliklərini və əməliyyat nəticələrini şəffaf şəkildə əks etdirir. Həmçinin maliyyə hesabatları beynəlxalq maliyyə hesabatları standartlarına uyğun hazırlanıbdır. Bu nəticə həm tənzimləyici qurumlar, həm investorlar, həm də tərəfdaş maliyyə institutları üçün mühüm etimad göstəricisidir.
- Audit hesabatına əsasən, ötən maliyyə ili üzrə əsas maliyyə göstəricilərində hansı dəyişikliklər qeydə alınıb?
- 2025-ci ilin maliyyə nəticələri şirkətimizin dayanıqlı inkişaf mərhələsində olduğunu bir daha təsdiqləyir. Audit hesabatına əsasən, 2024-cü illə müqayisədə 2025-ci ildə aktivlərimiz təxminən 15 milyon manat artaraq əhəmiyyətli böyümə nümayiş etdirib. Bu artım həm kredit portfelinin genişlənməsi, həm də maliyyə resurslarımızın daha effektiv idarə olunması ilə bağlıdır.
Kapital göstəricilərimizdə 2 milyon manatdan artıq artım qeydə alınıb ki, bu da şirkətin maliyyə dayanıqlığının və gələcək inkişaf potensialının gücləndiyini göstərir. Xalis mənfəət isə 800 min manat civarında artıb. Mənfəətlilikdəki bu müsbət dinamika əməliyyat effektivliyinin yüksəlməsi, risklərin düzgün idarə olunması və kredit portfelinin keyfiyyətinin qorunması ilə bağlıdır.
Ümumilikdə, bu göstəricilər BOKT-un bazardakı mövqeyinin möhkəmləndiyini və uzunmüddətli inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir.

- Yoxlama zamanı BOKT-un daxili nəzarət və idarəetmə sistemləri necə qiymətləndirilib?
- Audit prosesi çərçivəsində yalnız maliyyə göstəriciləri deyil, eyni zamanda daxili nəzarət, risklərin idarə olunması və korporativ idarəetmə mexanizmləri də geniş şəkildə qiymətləndirilib.
BOKT-nin Təşkilatı strukturunda Daxili Nəzarət və RİE strukturu fəaliyyət göstərir. Hal-hazırda komanda böyüdülür, genişləndirlir. Eynilə RİE sahəsində də MB tələbləri və beynəlxalq tələblər icra edilir – kredit risklərinin idarə edilməsi mexanizmləri tətbiq edilir və stress testlər aparılır. Risk limitləri müəyyən edilir və nəzarət olunur.
- Auditorlar kredit portfelinin keyfiyyətini necə qiymətləndiriblər?
Audit nəticələrinə əsasən, kredit portfelimizin keyfiyyəti qənaətbəxş və dayanıqlı qiymətləndirilib. Cari kredit portfelimiz 53 milyon manat təşkil edir, 2024-cü illə müqayisədə 2025-ci ildə portfelimiz 15 milyon manat artıbdır. PAR göstəricilərimiz də bazara uyğun olaraq tənzimlənir.
- Audit qiymətləndirilməsinə əsasən Təşkilatın öhdəliklərini yerinə yetirmə qabiliyyəti hansı səviyyədədir?
Audit nəticələri göstərir ki, BOKT-un likvidlik mövqeyi kifayət qədər güclüdür və şirkət öz cari və uzunmüddətli öhdəliklərini vaxtında icra etmək imkanına malikdir. Buna təşkilatın kapitalı və aktivləri imkan verir. Hazırda təşkilatın aktivləri 60 milyon manatdan artıqdır və bu göstərici maliyyə dayanıqlığımızın mühüm indikatorlarından biridir.
- Kapital adekvatlığı göstəriciləri gələcək inkişafı dəstəkləmək üçün yetərlidirmi?
Audit hesabatı göstərir ki, kapital adekvatlığı göstəricilərimiz həm mövcud fəaliyyətin davamlılığı, həm də gələcək inkişaf planlarının maliyyələşdirilməsi baxımından kifayət qədər güclüdür.
Kapitalımız 2025 il sonuna 14 milyon 154 min manat təşkil edir. Keçən illə müqayisədə 2 milyon manat artım olub. Bu da əsas dayanıqlıq göstəricilərindən biridir.

- Qiymətli kağızlar (istiqraz) portfeliniz nə qədərdir və şərtləri necədir?
- Təşkilatın 2025-in sonuna istiqraz portfeli 16 milyon manat təşkil edir. 2024-cü illə müqayisədə portfeldə 3 milyon manat artım olmuşdur. Müştərilərə qiymətli kağızlar üzrə geri ödəmə məbləğimiz 2025-ci ildə 9 511 000 manat təşkil etmişdir.
Cari dövrdə istiqraz portfelimiz 23 milyon təşkil edir. Bu artım həm investor marağının yüksəlməsi, həm də şirkətin kapital bazarlarında etibarlı iştirakçı kimi qəbul olunmasının nəticəsidir. İstiqraz portfelinin genişlənməsi bizim maliyyə resurslarımızın daha diversifikasiya olunmuş şəkildə idarə olunmasına imkan yaradır və ümumi likvidlik mövqeyimizi gücləndirir.
Şərtlərimiz isə müxtəlif formada olur. Müştərilərə müdətdən asılı olaraq illik 15-18 faiz civarında gəlirlilik təqdim edirik. Ümumilikdə məqsədimiz həm institusional, həm də fərdi investorlar üçün etibarlı, şəffaf və stabil gəlir gətirən investisiya alətləri təqdim etməkdir.
- Müsahibəyə görə, təşəkkür edirik.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
2 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
2 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
2 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
2 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 2 saat əvvəl
-
3 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür











.jpg)













