"Rabitəbank" 10 milyon dollarlıq saziş imzalayıb
RABİTƏBANK İSLAM İNKİŞAF BANKI QRUPUNA DAXİL OLAN İSLAM TİCARƏT MALİYYƏ KORPORASİYASI İLƏ 10 MİLYON ABŞ DOLLARI MƏBLƏĞİNDƏ MALİYYƏLƏŞMƏ SAZİŞİ İMZALAYIB.16–19 iyun tarixlərində Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali himayəsi altında keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində təşkil olunan Özəl Sektor Forumunda (PSF 2026) Rabitəbank üçün mühüm əhəmiyyət kəsb edən növbəti beynəlxalq əməkdaşlıq razılaşması əldə olunub.
Marja.az Banka istinadən xəbər verir ki, Forum çərçivəsində İslam İnkişaf Bankı Qrupuna daxil olan Beynəlxalq İslam Ticarət Maliyyə Korporasiyası (ITFC) ilə Rabitəbank arasında 10 milyon ABŞ dolları məbləğində maliyyələşmə razılaşması imzalanıb.
Yeni maliyyələşmə xətti Azərbaycanın real sektorun, xüsusilə də kiçik və orta sahibkarlıq subyektlərinin ticarət əməliyyatlarının maliyyələşdirilməsinə, bizneslərin dövriyyə kapitalına çıxış imkanlarının genişləndirilməsinə və alternativ maliyyə həllərinin inkişafına dəstək verəcək.
Forumun “Regional Əlaqəlilik üçün Ticarət Həllərinin Gücləndirilməsi” adlı panel müzakirəsində Rabitəbankın İdarə Heyətinin sədri Aydın Hüseynov spiker qismində çıxış edərək Azərbaycanda İslam maliyyəsinin inkişaf perspektivləri, alternativ ticarət maliyyələşdirmə alətlərinin yaratdığı imkanlar və qarşıda duran çağırışlar barədə fikirlərini bölüşüb.
Aydın Hüseynov bildirib ki, Rabitəbank İslam İnkişaf Bankı Qrupu ilə əməkdaşlığa 2023-cü ildən başlayıb və həmin il ITFC ilə ilk 10 milyon ABŞ dolları məbləğində saziş imzalanıb. Daha sonra 2024-cü ildə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə növbəti əməkdaşlıq razılaşması əldə olunub. Bu tərəfdaşlıqlar bankın İslam maliyyəsi məhsullarının hazırlanması və bazara təqdim olunması istiqamətində mühüm təcrübə qazanmasına şərait yaradıb.
Çıxışında İslam maliyyəsinin yalnız dini prinsiplərə üstünlük verən sahibkarlar üçün deyil, bütün biznes subyektləri üçün alternativ maliyyələşdirmə aləti olduğunu vurğulayan Aydın Hüseynov qeyd edib ki, bu sahə xüsusilə KOB-ların maliyyə resurslarına çıxışının genişləndirilməsi, yeni beynəlxalq kapital mənbələrinin cəlb olunması və sərhədlərarası ticarətin inkişafı baxımından böyük potensiala malikdir.
O, həmçinin vurğulayıb ki, İslam maliyyəsinin inkişafı istiqamətində Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi Rəqəmsal Tənzimləyici “Sandbox” mexanizmi innovativ maliyyə məhsullarının tətbiqinə əlverişli şərait yaradıb. Məhz bu platforma vasitəsilə Rabitəbank cari ilin Fevral ayından etibarən Murabaha və Mudaraba məhsullarının satışına başlayıb. Hazırda Rabitəbank Azərbaycanda Murabaha və Mudaraba məhsullarını birlikdə təqdim edən ilk və yeganə bankdır.
Qeyd edək ki, Rabitəbank beynəlxalq maliyyə institutları ilə əməkdaşlığını ardıcıl şəkildə genişləndirərək ölkədə alternativ maliyyə həllərinin inkişafına, sahibkarlığın maliyyələşdirilməsinə və Azərbaycan biznesinin beynəlxalq ticarət imkanlarının artırılmasına töhfə verməyə davam edir. Bank ölkənin aparıcı kommersiya banklarından biri olaraq fərdi və korporativ müştərilərə geniş çeşiddə maliyyə xidmətləri təqdim edir. Bank innovativ həllər, beynəlxalq tərəfdaşlıqlar və dayanıqlı inkişaf prinsiplərinə əsaslanaraq müştərilərinə müasir bankçılıq xidmətləri göstərir.
“Rabitəbank” ASC 1993-cü ildən etibarən fəaliyyət göstərir və “Rahat Bankçılıq” konsepsiyası əsasında müştərilərinə müasir və əlçatan maliyyə xidmətləri təqdim edir. Bankın nizamnamə kapitalı 101,3 milyon manatdır. Ölkə üzrə geniş filial şəbəkəsi, rəqəmsal bankçılıq həlləri və peşəkar komandası ilə Rabitəbank müştərilərinə dəyər yaradan xidmətlər təqdim etməyə davam edir. Bankın əsas səhmdarları “Azərbaycan Banklar Assosiasiyası”nın prezidenti Nuriyev Zakir Əlibala oğlu və iş adamı, sahibkar Əliyev Rauf Zeynal oğludur.
Hal-hazırda “Rabitəbank” ASC 19 region və Bakı şəhəri üzrə ümumilikdə 31 xidmət məntəqəsi, 78 ATM-i, “Rabita Mobile”, “Rabita Junior” və “Rabita Business” tətbiqləri, İnternet Bankçılıq platformasıvə 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
11 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
10 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
10 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 11 saat əvvəl
-
11 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib























