Azərbaycanda 635 milyon manatdan çox kredit bank və qeyri-bank təşkilatlarına vaxtında qaytarılmayıb
2026-cı ilin may ayının sonunda Azərbaycanda bank və qeyri-bank təşkilatlarının cəmi kredit portfeli 32 milyard 908,4 milyon manat təşkil edib.
Marja.az Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinadən xəbər verir ki, kredit portfeli aprel ayının sonu ilə müqayisədə 276,6 milyon manat və ya 0,8% artıb. Aprelin sonunda bu göstərici 32 milyard 631,8 milyon manat idi.
Vaxtı keçmiş kreditlərin həcmi isə aprel ayının sonundakı 614,2 milyon manatdan mart ayının sonunadək 635,4 milyon manata yüksəlib. Beləliklə, problemli kreditlər bir ayda 21,2 milyon manat və ya 3,5% artıb. Bununla belə, vaxtı keçmiş kreditlərin ümumi portfeldə xüsusi çəkisi dəyişməyərək 1,9% səviyyəsində qalıb.
Problemli kreditlərin həcminin ümumi portfeldən daha sürətli artması diqqət çəkir. Belə ki, ümumi kredit portfeli 0,8% artdığı halda, vaxtı keçmiş kreditlər 3,5% yüksəlib. Lakin problemli kreditlərin portfeldə xüsusi çəkisinin 1,9% səviyyəsində qalması hələlik risk göstəricisinin kəskin dəyişmədiyini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
4 gün sonra
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
-
- 1 gün sonra
-
8 saat əvvəl
Ən yaxşı idarə olunan şirkətlər seçiləcək – PAŞA Bank və Deloitte-dan yeni müqavilə
-
8 saat əvvəl
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
-
9 saat əvvəl
İcbari Sığorta Bürosunun rəhbərliyi IFIGS-in XIII Beynəlxalq Konfransında iştirak edib
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Kapital” 1 milyon manatlıq istiqraz emissiyasını uğurla yerləşdirib ®
- 10 saat əvvəl
Son Xəbərlər
Boş qalan iş yeri şirkətinizə neçəyə başa gəlir?
İş elanlarına bax - azvak.az
“Sizin Lombard”ın “36% Qızıl payız” kampaniyası davam edir ®
“Trendyol”da “Əfsanə günlər ” başlayır ®
ABŞ-da inflyasiya 3,8 faizə yüksəlib – FED-in faiz artırmağa davam edəcəyi gözlənilir
Qızılın qiyməti son 14 ayın minimum səviyyəsinə yaxın qalır
Biləcəridə mənzil almaq istəyənlər üçün SON FÜRSƏTLƏR!
Ən çox oxunanlar
1,1 milyon insanın pensiyası artırılacaq
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
“Xiaomi”nin rüblük xalis mənfəəti 56,8% azalıb
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan ®
49 manat sığorta haqqı ödəyən fermerə 2 931 manat zərər ödənildi












.webp)









