Konstitusiya Məhkəməsindən mühasib və vergi məsləhətçiləri ilə bağlı mühüm qərar
Mühasibat və vergi məsləhəti xidməti göstərənlərə ciddi xəbərdarlıq. Mühasiblər bu əməliyyatlara görə məsuliyyət daşıyacaqKonstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Marja-ya bildirilib ki, Fərhad Abdullayevin sədrliyi ilə məhkəmə iclasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müraciəti əsasında Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsi və 80-ci maddəsinin tələbləri baxımından İnzibati Xətalar Məcəllənin 598.7-ci maddəsinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 3.1 və 3.1.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim F.Məmmədovun məruzəsini, maraqlı subyektlər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Ali Məhkəmə, Bakı Apellyasiya Məhkəməsi, Mərkəzi Bank, Maliyyə Monitorinqi Xidməti, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mütəxəssis mülahizələrini, ekspert rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, Konstitusiyanın 71-ci maddəsinin VIII hissəsinin və 80-ci maddəsinin, hüquqi müəyyənlik və qanunçuluq prinsiplərinin tələblərinə, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 1.1.7, 1.1.9 və 3-cü maddələrinə əsasən mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər müştərilərinə bu qanunun 3.1.2-ci maddəsində göstərilən əməliyyatların aparılması və ya bu cür əməliyyatların aparılmasında iştirakla bağlı xidmətlər göstərdiyi halda həmin qanunla müəyyən edilmiş öhdəlikləri daşıyır və bu öhdəliklərin pozulması İnzibati Xətalar Məcəlləsinin 598.7-ci maddəsi ilə inzibati məsuliyyətə səbəb olur.
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 3.1.2-ci maddəsində nəzərdə tutulan “əməliyyatların aparılmasında iştirak” anlayışı həmin maddədə göstərilən əməliyyatların həyata keçirilməsi prosesinə təsir göstərə bilən, onların strukturlaşdırılmasında, hüquqi modelinin hazırlanmasında, rəsmiləşdirilməsində və ya nəticələrinin formalaşdırılmasında real və funksional əhəmiyyət kəsb edən hərəkətlərin icrasını özündə ehtiva edir.
Qeyri-maliyyə institutlarının üzərinə qanun ilə qoyulmuş öhdəliklərin icra edilməli olduğu vaxt hər bir öhdəliyin xarakterindən asılı olaraq həmin qanunun, FATF tərəfindən qəbul edilmiş tövsiyələrin 22 və 23-cü maddələrinin tələbləri və Konstitusiya Məhkəməsi Plenumunun bu qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla müəyyən edilməlidir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azərbaycana avtomobil idxalı kəskin azalıb – Hibrid avtomobillərin gətirilməsi 60%-dən çox düşüb
-
-
9 saat əvvəl
4 şəhərlərarası, 2 şəhərətrafı marşrut üzrə qaliblər müəyyən edilib - ADLARI
-
9 saat əvvəl
Azercell Könüllüləri yeni tədris ili ərəfəsində məktəblilərə dəstək oldu
-
9 saat əvvəl
"AccessBank" 2027-ci il üçün Könüllü Tibbi Sığorta üzrə tenderin vaxtını uzadıb ®
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
- 10 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
-
11 saat əvvəl
Neft-qaz gəlirləri tədiyə balansını gücləndirdi – Profisit 9 milyard dolları keçdi
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Azərbaycanın xarici ticarət profisiti 5 dəfədən çox artıb – 8 ayda 10,4 milyard dollarlıq müsbət saldo
Mərkəzi Bank yoxladı, məhkəmələr cərimələdi – “Azmaş lizinq”, “TAHK” və “Anex Lombard”la bağlı qərarlar
Bank of Baku-da SƏHİYYƏ işçilərinə özəl fürsət var: 80.000 AZN-dək kredit 0 % KOMİSSİYA ilə ®
Ən çox oxunanlar
200 milyon manatlıq istiqraz buraxılışına 444 milyon manatlıq sifariş - Dövlət istiqrazlarına güclü tələb
Azərbaycanın xarici balansında qeyri-neft kəsiri yüksək olaraq qalır
Azərbaycanda avtomobil bazarında ucuzlaşma davam edir – Qiymətlər avqustda da geriləyib
Xalq Bank və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Ovuc ilə ödənişlər artıq “Araz”da! ®
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib






















