“Euromoney” seçim etdi: Azərbaycanın ən yaxşı pərakəndə bankı açıqlandı
Kapital Bankdan “Euromoney”də ikiqat zəfər- Azərbaycanda ilk dəfə bu mükafatı qazandıÖlkənin birinci bankı "Kapital Bank" dünyanın ən nüfuzlu maliyyə nəşlərindən olan “Euromoney” tərəfindən təşkil olunan “Awards for Excellence” mükafatında iki nominasiya üzrə qalib olub.
Bu barədə Marja.az "Kapital Bank" ASC-nin veb-saytına istinadən xəbər verir.
Bank ölkə üzrə “Best Retail Bank”- "İlin ən yaxşı pərakəndə bankı" və "Best Digital Bank for SMEs"- “Kiçik və orta sahibkarlar üçün ən yaxşı rəqəmsal bank” nominasiyalarında mükafata layiq görülüb.
“Euromoney Awards for Excellence” maliyyə sektorunda müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən bank və maliyyə institutlarının qiymətləndirildiyi beynəlxalq mükafatlardan biridir.
Qeyd edək ki, “Euromoney Awards for Excellence” çərçivəsində bu il Azərbaycan üzrə ilk dəfə təqdim olunan “Azerbaijan's Best Retail Bank” nominasiyası üzrə ilk qalib Kapital Bank olub.
"Kapital Bank" müştərilərin dəyişən ehtiyaclarına uyğun innovativ məhsul və xidmətlər təqdim etməklə pərakəndə bankçılıq və rəqəmsal transformasiya istiqamətində inkişafını davam etdirir. Bank həm fərdi müştərilərə, həm də sahibkarlara gündəlik maliyyə əməliyyatlarını rahat, sürətli və təhlükəsiz şəkildə həyata keçirməyə imkan yaradan həllər təqdim edir.
Ölkənin birinci bankı "Kapital Bank" "PAŞA Holding"ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 həftə sonra
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
-
1 həftə sonra
Həftəsonu da qızıl alıb-satmaq mümkün oldu - 24/7 rejimi işə salınıb ®
-
-
18 saat sonra
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
-
2 saat əvvəl
Dövlət Xidmətinin vəzifəli şəxsi cərimələnib və həbsdən azad olunub
-
3 saat əvvəl
Təcili pul lazım olanlara dəstək üçün kampaniya – 15 min manatadək kredit ®
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Müxtəlif maliyyə bazarları: bir hesab, tam nəzarət – InvestAZ PRO ®
AFB Bank-dan sahibkarlara “İndi al, gələn il ödə!” fürsəti ®
Birbank yeni doğulan uşaqların adına ağac əkəcək ®
Ən çox oxunanlar
“Unicapital” 7-ci yerdən 3-cü yerə qalxıb
"CFI Financial”da 7 dəfədən çox artım
“Invest-Az” dövriyyəsini 2,6 dəfə artırıb, sıralamada 5-ci yerdən 4-cü yerə yüksəlib
Korrupsiya ilə əlaqədar məlumat verənlərin həvəsləndirilməsinə dair qanun layihəsinin məqsədləri açıqlanıb
Press reliz-Azercell-in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb
50 işçisi olan şirkətlərə korrupsiya ilə bağlı yeni öhdəlik gəlir - Anonim məlumat kanalı yaratmalıdır
Korrupsiya barədə məlumat verənlərə böyük mükafat veriləcək – yeni qayda hazırlanır
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib



















