AFB Bank sürətlə böyüyür: əsas göstəricilərində kəskin artım qeydə alınıb!
Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəsmi renkinq məlumatlarının təhlili AFB Bankın son bir ildə əsas göstəriciləri üzrə bazarda ən yüksək artım dinamikası nümayiş etdirən banklardan biri olduğunu göstərir. Bank 2026-cı ilin II rübündə aktivlər, kredit portfeli və depozit bazası üzrə ciddi artıma nail olub.
Bu barədə AFB Bankın yaydığı press-relizdə bildirilir.
Qeyd edilib ki, 2026-cı ilin II rübü üzrə bank sektorunun göstəriciləri AFB Bank üçün güclü böyümə dinamikası ilə yadda qalıb. Azərbaycan Banklar Assosiasiyasının rəsmi “Renkinqlər” səhifəsində dərc olunan məlumatlara əsasən, AFB Bank son bir ildə bir sıra əsas göstəricilərinin artım tempinə görə bazarda lider mövqelərdə qərarlaşıb. 2025-ci ilin II rübü ilə müqayisədə AFB Bankın aktivləri 311,8 milyon manatdan 536,9 milyon manata yüksəlib. Bu isə bir il ərzində 72,2% artım deməkdir. Başqa sözlə, Bankın aktivləri son 12 ayda 225 milyon manatdan çox genişlənib.
Kredit portfelində də yüksək dinamika müşahidə olunub. AFB Bankın müştərilərə verilmiş kredit portfeli 2025-ci ilin II rübündə 202,9 milyon manat təşkil etdiyi halda, 2026-cı ilin II rübündə bu göstərici 394,4 milyon manata çatıb. Beləliklə, Bankın ümumi kredit portfeli illik müqayisədə 94,4% artıb. Kredit portfelinin strukturunda biznes kreditləri üzrə artım xüsusilə diqqət çəkir. AFB Bankın biznes kreditləri portfeli son bir ildə 107,1 milyon manatdan 236,9 milyon manata yüksəlib. Bu isə 121,3% artım deməkdir. Biznes kreditləri üzrə dinamikanı qiymətləndirilərkən müqayisəyə ümumi kredit portfeli 100 milyon manatdan yuxarı olan banklar daxil edilib.
Fiziki şəxslər üzrə kreditləşmədə də Bankın nəticələri bazar üzrə seçilib. AFB Bankın istehlak kreditləri portfeli 2025-ci ilin II rübündə 26,6 milyon manat olduğu halda, 2026-cı ilin II rübündə 88,5 milyon manata yüksəlib.
Depozit portfelindəki dinamika da AFB Bankın son bir ildə bazarda mövqeyini gücləndirdiyini göstərir. Bankın hüquqi və fiziki şəxslər üzrə ümumi depozit portfeli 140,9 milyon manatdan 342,3 milyon manata çatıb. Nəticədə ümumi depozit portfeli üzrə artım 142,9% olub. Fiziki şəxslərin depozitlərində isə artım daha yüksək olub. Bu göstərici 2025-ci ilin II rübündə 75,9 milyon manat təşkil edirdisə, 2026-cı ilin II rübündə 219 milyon manata yüksəlib. Beləliklə, AFB Bankda fiziki şəxslərin depozit portfeli bir il ərzində 188,5% artıb. Hüquqi şəxslərin depozit portfeli də müsbət dinamika nümayiş etdirib. Bu istiqamətdə göstərici təxminən 65 milyon manatdan 123,3 milyon manata yüksəlib. Artım 89,6% təşkil edib.
Təhlil göstərir ki, AFB Bankın böyüməsi yalnız bir istiqamətlə məhdudlaşmayıb. Aktivlərin genişlənməsi, kredit portfelinin sürətli artımı və depozit bazasının güclənməsi Bankın həm biznes, həm də pərakəndə bankçılıq seqmentində aktiv mövqe tutduğunu göstərir.
Xatırladılıb ki, ABA-nın rəsmi renkinq məlumatlarına əsasən, AFB Bank 2026-cı ilin II rübündə aktivlər, ümumi kredit portfeli, istehlak kreditləri, ümumi depozit portfeli və fiziki şəxslərin depozit portfeli üzrə bir illik artım dinamikasına görə bazarda ilk sırada qərarlaşıb.
Qeyd edilib ki, AFB Bank cari ilin həm I, həm də II rübündə əsas balans göstəriciləri üzrə yüksək artım tempini qoruyub. Bu isə Bankın böyüməsinin qısamüddətli sıçrayış deyil, ardıcıl və stabil inkişaf dinamikasına əsaslandığını göstərir. Ümumilikdə, 2026-cı ilin II rübünün nəticələri AFB Bankın bazarda daha güclü mövqeyə keçdiyini, müştəri bazasını genişləndirdiyini və əsas bankçılıq istiqamətləri üzrə sürətli inkişaf mərhələsini davam etdirdiyini nümayiş etdirir.
AFB Bank haqqında
AFB Bank fiziki şəxslər, sahibkarlar və korporativ müştərilər üçün pərakəndə və biznes bankçılıq xidmətləri təqdim edir. Bank müştərilərinə sadə, etibarlı və əlçatan maliyyə həlləri təklif etməklə onların gündəlik ehtiyaclarına və gələcək planlarına dəstək olmağı hədəfləyir.
Ətraflı məlumat üçün: www.afb.az
Məlumat Mərkəzi: 1545
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
1 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
2 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
2 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
2 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür











.jpg)














