Bank sektorunda son vəziyyət açıqlandı
Azərbaycan Mərkəzi Bankı"Statistik bülleten 2026/İyun" buraxılışını dərc edib
Bank sektoru
30 iyun 2026-cı il tarixinə fəaliyyət göstərən 22 bankın filiallarının sayı 504, şöbələrinin sayı 83, ATM-lərin sayı 3 min 503 olmuşdur. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.3% və ya 88 nəfər artaraq 27 min 462 nəfər təşkil etmişdir.
Fəaliyyətdə olan bankların cəmi aktivləri 60 milyard 940.4 milyon manat, cəmi öhdəlikləri 53 milyard 294.8 milyon manat, balans kapitalı 7 milyard 645.6 milyon manat olmuşdur. İyun ayında bankların cəmi aktivləri 3%, cəmi öhdəlikləri 3.3%, balans kapitalı isə 1% artmışdır.
Hesabat ayında bankların kredit portfeli 3% və ya 935.5 milyon manat artaraq 31 milyard 821.3 milyon manat olmuşdur.
Kredit portfelinin strukturu:
ı) biznes kreditləri – 54% (17 milyard 179.5 milyon manat);
ıı) istehlak kreditləri – 31.2% (9 milyard 917.3 milyonmanat)
ııı) ipoteka kreditləri – 14.8% 4 milyard 724.5 milyon manat).
Bankların öhdəliklərinin strukturunda ənənəvi olaraq depozit portfeli üstünlük təşkil edir – cəmi öhdəliklərin 74.6%-i və ya 39 milyard 743.7 milyon manat. Depozit portfelinin 56.1%-i (22 milyard 315.2 milyon manat) hüquqi şəxslərin, 43.9%-i (17 milyard 428.5 milyon manat) fiziki şəxslərin depozitlərindən (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri istisna olmaqla) ibarətdir.
Fiziki şəxslərin əmanətlərinin 71.6%-i (12 milyard 476.1 milyon manat) milli valyutada, 28.4%-i (4 milyard 952.4 milyon manat) xarici valyutadadır. Fiziki şəxslərin əmanət portfelinin 65.1%-i (11 milyard 344.8 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyun ayında 1.2% və ya 129.6 milyon manat artmışdır.
2026-cı ilin iyun ayında bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 2.1% (4 min 485 əmanətçi), ilin əvvəlindən isə 13.6% (26 min 475 əmanətçi) artaraq 220.6 min nəfər təşkil etmişdir.
Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 895.6 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 75.7%-ni təşkil etmişdir.
2026-cı ilin yanvar - iyun aylarında banklar 716.3 milyon manat xalis mənfəət, 1 milyard 86.5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. Cari ilin 6 ayında banklar tərəfindən ümumilikdə 171.1 milyon manat məbləğində mənfəət vergisi ödənilmişdir.
Monetar sektor
Cari ilin iyun ayında manatla geniş mənada pul kütləsi (M2) ilin əvvəlinə nəzərən 7.1% artaraq 43 milyard 254.2 milyon manat təşkil etmişdir.
Bank sektorunun xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 148.7 milyon manat azalaraq 3 milyard 113 milyon manat təşkil etmişdir. Xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident banklardan cəlb olunmuş qısamüddətli depozitlərin həcmindəki azalma ilə əlaqədardır.
Ödənişlər sektoru
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyun ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən ilin müvafiq dövrünə nəzərən 10.4% artaraq 22 milyon 798 min ədəd təşkil etmişdir. Ödəniş kartlarında debet kartlarının sayı 12% artmış, kredit kartlarının sayı isə 3.5% azalmışdır.
İlin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 14.5% artmışdır. 2026-ci ilin iyun ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 902 milyon manat təşkil etmişdir. Həyata keçirilən nağdsız ödənişlərin 8 milyard 575 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 325 milyon manatı POS-terminallar, 2.5 milyon. manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilmişdir. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.8-ni təşkil etmişdir.
Banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, keçən ilin iyun ayının sonu ilə müqayisədə bankomatların sayı 4.4%, POS-terminalların sayı 16.9% artmışdır.
Müştərilərin xəbərləri
MSolution və IZZY-dən restoranlar üçün ödəniş həlli: masadan birbaşa ödəniş, vəsaitin filiallar arasında real vaxtda bölgüsü ®
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
-
1 həftə sonra
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
-
-
1 həftə sonra
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
-
1 saat əvvəl
Qızılın qiyməti yenidən "coşdu" - İyundan bəri ilk dəfə 4500 dolları keçdi
-
1 saat əvvəl
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
-
2 saat əvvəl
145 manat ödədi, dolu vurdu, 6 156 manat aldı – Pambıq fermerinə SIĞORTA ÖDƏNİŞİ
-
2 saat əvvəl
Turizm proqramı dövlət büdcəsi və özəl investisiyalar hesabına maliyyələşdiriləcək
- 2 saat əvvəl
-
2 saat əvvəl
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda hotel otaqlarının sayı dünya ortalamasından 2,6 dəfə azdır
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Vergi güzəştləri, güclü infrastruktur, hazır istehsal sahələri – hamısı bir ünvanda
“Yaşıl Cümə” yenidən “İrşad”da - 21-31 avqust tarixlərində 70%-dək real endirimlər ®
Qızıl girovunun 75%-dək nisbətində, 10 000 AZN-dək Lombard krediti ®
Turizm şirkətlərinin brendlərinin qeydiyyatı təşviq ediləcək
Azərbaycan “rəqəmsal səyyahlar” üçün yeni bazar açır
Ən çox oxunanlar
Turizmdə məzunların sayı yeni işçilərə tələbdən 4,6 dəfə azdır
Turizm obyektləri üçün yeni ekoloji tələblər hazırlanır
Azərbaycana turist axını dörd əsas ölkədən asılıdır
Azərbaycanda ilin 7 ayı turizm üçün “ölü mövsüm”dür










.jpg)










